Vətən Müharibəsi həm də Azərbaycan xalqının möhtəşəmliyini üzə çıxarır

13.10.2020 - 10:01

Sentyabrın 27-də Ermənistanın Qarabağ cəbhəsindəki təxribatlarından sonra Azərbaycan tərəfin başlatdığı Vətən müharibəsinin qarşısını almaq üçün Rusiyanın hərəkətə keçməsi və oktyabrın 10-da münaqişə tərəfləri arasında Moskvada humanitar atəşkəs əldə olunmasına baxmayaraq, savaş bu gün də səngimir. Buna səbəb də təcavüzkar ölkənin təxribatlarını davam etdirməsidir.

Son yarım aydakı bu müharibə xalqımızın bir sıra fenomenal xüsusiyyətlərini yenidən meydana çıxardı. Millət olaraq bütövləşdik, işğal altındakı ərazilərimizi azad etmək üçün milli birlik nümayiş etdirdik, bütün dünyaya vətənpərvərlik hisslərimizin, döyüş ruhumuzun necə yüksək olduğunu göstərdik. Hər kəs bu xalqın torpaqlarının itkisi ilə barışmayacağına, onu mütləq geri qaytaracağına əmin oldu.

Ərazilərimizi azad edib, bütün problemlərə son verməliyik”

Fərəc Quliyev: “Yenə də ”İlin xalqı” olaraq Azərbaycan xalqına ödül veriləcək”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan xalqının bu keyfiyyətlərini belə izah etdi: “Azərbaycan bugünlərdə kütləvi fədakarlıq, qəhrəmanlıq edir. Hər kəs öz sahəsində döyüşür. 30 il idi ki, insanların hamısı bu savaş gününü gözləyirdi. Əlbəttə, burada milli xüsusiyyətlərdən çox şey asılıdır. Tarixən uşaqlar anadan olanda onlara qılınc oynatmağı, at minməyi öyrədirdilər. Türkün hər zaman qüdrətli dövləti olub. Bizim bütün zamanlarda millətimiz xalq, ordu olub. Dinc vaxtlarda mülki əhali çalışıbsa, savaş olanda qadınlar da daxil olmaqla, hamı döyüşə girib. Bu, milli xüsusiyyətdir. Həm də bu gün aparılan doğru siyasət, milləti təşkil etmək indiki vaxtda asan deyil. Xarici dövlətlərin burada qarışıqlıq saldığı zamanda milli birliyə nail olmaq təşkilatçılıqdan, dövlət başçısının ortaya qoyduğu milli iradədən çox şey asılıdır. Hesab edirəm ki, 50 siyasi partiyanın, demək olar ki, bütün siyasi qüvvələrin prezidentə dəstək verməsi, onun yanında olmasını bəyan etməsi çox nadir hadisələrdən biridir. Unutmayaq ki, Azərbaycan xalqı 1989-cu ildə ”İlin xalqı” elan olunmuşdu. Bir neçə ay əvvəl yazdığım statusda bildirmişdim ki, bəlkə də bu il Şuşada yenə də “İlin xalqı” olaraq Azərbaycan xalqına ödül veriləcək. Yəqin ki, bunu cənab Prezidentə verərlər. Siz media nümayəndələrinin, xaricdəki diasporamızın, Azərbaycandakı siyasi partiyalar və QHT-lərin, hər kəsin əlini daşın altına qoyması, ordu kimi davranması təbii ki, düşmənlərə göz dağıdır. Qələbəmizin kökündə də bu durur. Yoxsa Ermənistana biri mülki təyyarədə raket verəcək, biri gizli yollarla özünü müsəlman dövləti adlandıranların üzərindən 400, 900 ton silah-sursat göndərəcək. Bizdə isə hər şeyi insanlar edir. Millətin içərisində bir savaş istəyi varsa, silahın hansı keyfiyyətdə olması o qədər də mühüm deyil. Doğrudur, bizim çox gözəl silahlarımız var. Hərbi sahədəki üstünlüyümüz ortadadır. Amma insan amili çox mühümdür. Mark Taunun bir fikri ilə sözlərimi tamamlamaq istəyirəm. O deyir ki, bir dövlətin industrial qaynaqları, coğrafi mövqeyi, bütün imkanları olsun, insan amili doğru-düzgün dəyərləndirilmirsə, heç nəyə nail ola bilməz”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “İtkilər verilməsinə baxmayaraq, hamı müharibənin davam etdirilməsini istəyir”

Bizdə insan amilindən çox düzgün şəkildə istifadə olunur. Təbii ki, millətimizin mentaliteti, onun döyüş ruhu burada mühüm faktorlardan biridir”.

ADP sədri Sərdar Cəlaloğlu qısaca olaraq bunları dedi: “Mənə elə gəlir ki, ümumiyyətlə, bəşər tarixində əksər xalqlar xarici işğala qarşı müqavimət göstəriblər. Böyük-kiçikliyindən asılı olmayaraq bu belə olub. Çox böyük itkilər verilib. Amma işğalla barışan bəzi xalqlar da olub. Azərbaycan xalqı isə işğalla barışmayıb, öz haqlarını müdafiə edib. Bu baxımdan bəşəriyyətin mütərəqqi xalqları ilə bir sırada durur. Xalqımız qeyd olunan ruhu sərgiləməkdədir. İtkilər verilməsinə baxmayaraq, hamı birmənalı şəkildə müharibənin davam etdirilməsini, işğal altındakı ərazilərimizin geri qaytarılmasını istəyir. Bundan böyük nə ola bilər ki?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031