Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı artıb
Türkiyənin səkkiz vilayətində saxta içkidən zəhərlənərək ölənlərin sayı 44-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu ölüm faktları ölkənin İzmir, Kırıkkale, Mərsin, Muğla, Aydın, İstanbul, Trabzon və Karabük vilayətlərində qeydə alınıb.
Ölkədə saxta içki zəhərlənməsi ilə xəstəxanalara müraciət edənlərdən 30 nəfərin müalicəsi davam edir. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
Faktla bağlı başlanan araşdırmalar nəticəsində Mərsinde 3, İzmirdə 12, İstanbulda 3 nəfər saxlanılıb, 20 tondan artıq saxta içki aşkar edilib. Araşdırmalar davam edir.
Short URL: https://www.cumhuriyyet.net/?p=155995