“2 həftə ərzində yoluxma dinamikasına nəzarət edə biləcəyik” – Emin Əmrullayev

16.10.2020 - 11:31

27 sentyabrdan etibarən Ermənistan tərəfindən həm təhsil müəssisələriənə, həm mülki əhaliyə qarşı hücumlar qeydə alınmışdı. Bu səbəblə hazırda 40 məktəb xəsarət alıb, bir neçə məktəb binası isə raket atəşinə məruz qalıb.

Musavat.xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib:
“Nəticə etibarilə bir çox bölgələrdə 1201 təhsil müəssisəsi təhsil fəaliyyətini distant təhsilə keçirib. Eyni zamanda Ermənistanın təcavüzü nəticəsində 3 şagird vəfat edib, 15 şagird müxtəlif dərəcəli xəsarətlər alıb. Məktəblilərin, məktəblərin, təhsil işçilərinə qarşı törədilən cinayətlər cavabını almaqdadır. Şad xəbərlər eşidirik və davamlı olmasına inanırıq. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuz qısa zamanda torpaqları işğaldan azad edə biləcək. Yaşadığımız günlər xalqımız üçün tarixi əhəmiyyət daşıyan dövrdür” .

O qeyd edib ki, digər ölkələrdə koronavirusub ikinci dalğası müşahidə olunur: “Payız mövsümü ilə əlaqədar yoluxmanın artması gözləniləndir. Nəzərə alaq ki, biz həm də müharibə şəraitindəyik. Təhsil müəssisələrindəki vəziyyətlə bağlı ictimaiyyətə məlumat verilmişdi. Son günlər ərzində 10-15 məktəbi bağlamaq məcburiyyətində idik. Müəllimlər arasında yoluxma halları artqıda məktəb, şagirdlər arasında olduqda isə sinifi bağlayırdıq. İnanıram ki, qarşıdakı 2 həftə ərzində tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxma dinamikasına nəzarət edə biləcəyik. Noyabrın 2-dən başlayaraq dərslərin davam etdirilməsi haqqında danışmaq üçün tezdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156171

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930