Dünyanı silkələyən sensasiya: Roma Papası əkcinsli evlilikləri dəstəklədiyini açıqladı
Roma Papası Françisk eyni cinsli cütlüklərin vətəndaş birliyində yaşaya biləcəyini söyləyib.
Musavat.com xəbər verir ki, bu haqda məlumat BBC telekanalında yayımlanıb.
Roma Papasının bu açıqlaması dünya gündəmini zəbt edib. Qeyd edək ki, Roma Papası bu sözləri Roma Film Festivalında nümayiş olunan sənədli film üçün verdiyi müsahibədə deyib.
O, Homoseksual insanların ailədə olma hüququ olmasını qeyd edib: “Homoseksual insanların ailədə olma hüququ var. Tanrının övladlarıdır və bir ailədə yaşamaq haqqı var. Heç kim bu səbəbdən xaric edilməməli və ya əziyyət çəkməməlidir. Vətəndaş birliyi haqqında qanunlar qəbul etməliyik. Beləliklə, qanuni olaraq qorunacaqlar”.
Short URL: https://www.cumhuriyyet.net/?p=156469