“Pandemiyaya son qoymağa çox az vaxt qaldı …” – Türkiyəli professor hazırladığı peyvənddən danışdı

24.10.2020 - 15:33

Uğur Şahin: “Lisenziyanın tez veriləcəyi təqdirdə noyabr ayının 3-dən etibarən satışa başlayacağıq”

Türkiyəli prof. Dr. Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” Şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvənd dünyanın gündəmini zəbt edib.

Məlumdur ki, dünya təxminən bir ildir ki, pandemiya ilə mübarizə aparır.

İndiyə qədər dünyada milyonlarla insan koronavirusa yoluxub. 1 milyondan çox insan ölüb, bu virusa yoluxan təxminən 40 milyon insan isə sağalıb. Virus ortaya çıxdığından peyvəndin tapılması üzrə işlər davam edir. Demək olar ki, hər bir ölkə virusa çarə tapmaq üçün çalışır. Bu yaxınlarda bir neçə peyvənd insanlar üzərində sınaqdan keçirilib. Ancaq daha ümidverici xəbərlər Almaniyadan gəlib.

Türkiyəli professor dr.Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndin bütün testləri tamamlanıb. Koronavirus peyvəndi təsdiqlənərsə, çox qısa müddətdə satışa çıxarılacaq.

“BioNTech”in Amerika dərman şirkəti “Pfizer” ilə birlikdə hazırladığı BNT162b1 adlı COVID-19 əleyhinə peyvəndin üzərində bu ilin aprel ayından etibarən araşdırmalar davam edir.

Nəhayət, bu işlər sona çatıb. Peyvənd 37 min nəfər üzərində sınaqdan keçirilib və bütün klinik testlər müsbət nəticə verib.

“Pandemiyaya son qoymağa çox az vaxt qaldığını” deyən Prof. Dr. Uğur Şahin peyvənd üçün lisenziya gözlədiklərini bildirib.

Avropa Dərman Agentliyi (EMA) peyvəndi təsdiqlədiyini bildirib. EMA tərəfindən verilən açıqlamada “Bütün klinik testlərin müsbət nəticələr verdiyi” vurğulanıb.

Prof. Dr. Uğur Şahin alınan nəticələrdən sonra kütləvi istehsala başladıqlarını və icazə verildiyi təqdirdə dərhal satışa başlayacaqlarını söyləyib. U.Şahin lisenziyanın tez veriləcəyi təqdirdə noyabr ayının 3-dən etibarən satış edəcəklərini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156561

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031