Bunu ermənilərdən soruşmamaq da olar…

27.10.2020 - 10:22

Ötən həftənin əvvəlində Türkiyənin Dağlıq Qarabağ danışıqlarında iştirakına toxunan Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov yenə də köhnə və çeynənmiş formulu təkrar etdi: “Bu, yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür”.

Bu bəyanatı eşidən kimi bizim bəzi pessimist politoloqlar xorla qayıtdılar ki, bəs Moskva heç vaxt razı olmaz ki, Ankara da Minsk  Qrupunun həmsədri olsun və yaxud danışıqlar prosesinə cəlb olunsun.

Di gəl, bir-iki gündən sonra Rusiya prezidenti növbəti Valday Forumunda Bakının və Ankaranın ünvanına çox isti sözlər səsləndirdi, hətta dedi ki, Azərbaycan əraziləri əbədi olaraq işğalda qala bilməz.

Bundan başqa, Vladimir Putin özünün türkiyəli həmkarını çox təriflədi və onu güclü, məqsədyönlü siyasətçi adlandırdı.

Bəli, bundan sonra hər şey dəyişdi, necə deyərlər, vallar çevrildi, hətta keçmiş pessimistlər bəyan etdilər ki, Türkiyəni bu sözlərdən sonra artıq dördüncü həmsədr saymaq olar.

Amma biz nəticələrlə hələ tələsməzdik. Belə bir detalı görmək elə də çətin deyil ki, əvvəlki dövrlərdən fərqli olaraq Ankara da Minsk prosesində aparıcı rollara iddia edir. Bu predmeti şərh edərək Türkiyə prezidenti birmənalı şəkildə bəyan etdi ki, əgər İrəvan danışıqlar üçün Moskvanı təklif edirsə, Bakı da Türkiyəni bu prosesə cəlb edə bilər…

Amma burada bir mühüm məqam var. Azərbaycan ordusunun uğurlu hücumundan ruhlanan bəzi siyasi müşahidəçilər, ümumiyyətlə, hesab edir ki, bu dəfə danışıqlara ehtiyac qalmayacaq, çünki erməni tərəfi belə hesab edir ki, artıq problemin diplomatik həlli yoxdur, Azərbaycan isə birmənalı şəkildə bəyan edir ki, onun məqsədi bütün əraziləri, yəni ki, cəmi Qarabağı azad etməkdirE

Etiraf edək ki, proseslərin inkişaf ssenariləri arasında seçim etmək bizim üçün hələ çətindir.

Amma gün kimi aydındır ki, təkcə həmsədrlər yox, ilk növbədə Ermənistan başa düşməlidir ki, Azərbaycan prezidentinin təbirincə desək, əvvəlki status-kvo, əvvəlki “təmas xətti” daha yoxdur və güman ki, bura bunu da əlavə etmək olardı ki, artıq “alver predmeti” də yoxdur, çünki Azərbaycan ordusu artıq üç rayonu azad edib, İranla sərhədin işğal edilmiş hissəsini də özünə qaytarıbdır – bir sözlə, daha əvvəlki formul və ya tələb, yəni “Ərazilər əvəzində Dağlıq Qarabağa müstəqillik” tələbi daha yoxdur.

Bəli, burada demək lazımdır ki, Ermənistanın hamiləri, onun “böyük bacıları” bunun fərqindədirlər, ona görə də bütün “rıçaq”lardan istifadə edirlər ki, bizim ordumuzun hücumunu dayandırsınlar. Amma belə cəhdlər əbəsdir: indi də Dağlıq Qarabağa real təsir imkanı olan təkcə Moskvadır, di gəl, Rusiya prezidentinin ən son açıqlamaları bizə ümid verir deyək ki, Ermənistan bu dəfə bütün işğal olunmuş əraziləri azad etməli olacaqdır və bunu könüllü etsə, onun özü üçün də daha yaxşı olar!

Bir daha Türkiyənin prosesdə iştirakı məsələsinə gəldikdə, peşəkar diplomat olmaq lazım deyildir ki, belə bir sadə həqiqəti başa düşəsən: Ankara elə belədə də regionun ən mühüm “aktor”larından biridir. Odur ki, yeni formatın yaradılmasından və yaxud da köhnənin qalmasından asılı olmayaraq, Ankarasız münaqişənin hərtərəfli çözülməsi mümkün deyil; Ermənistanın blokadası tam şəkildə yalnız Türkiyənin razılığı ilə götürülə bilər, üstəlik, Ankara ilə İrəvan arasındakı münasibətlər yoluna qoyulmadan regionda əsl sülh və sabitlik yarana bilməz.

Ermənistanın başabəla siyasətçiləri qəti anlamır ki, hazırki siyasətdə, harada ki, İrəvan regionun bütün dövlətlərinin ərazilərinə iddia edir,  regionla sülh və sabitlik bərqərar ola bilməz. Biz artıq əvvəlki yazılarda qeyd etmişik “İki dəniz və ya üç gölarası Ermənistan utopiyası” artıq “Dörd od arasındakı Ermənistan” reallığına çevrilməkdədir, çünki bu ölkənin məsuliyyətsiz, başabəla liderləri eyni vaxtda bütün dörd bölgə dövlətinin ərazisinə iddia edir və hətta arada Rusiyanı da unutmurlar.

Bəli, belə məlum olur ki, hətta Rusiya ərazilərinin bir hissəsi, o cümlədən və ya xüsusən də Şimali Qafqazın nəhayətsiz çölləri min illər bundan əvvəl “böyük Ermənistan”ın tərkibində olubdur.

Ola bilsin ki, hətta “Sakit Don”u da Mixail Şoloxov yox, hansısa qədim və çox uzaqgörən bir erməni yazıbdır, hansı ki, burada Böyük Selə, Nuh peyğəmbərə qədər yaşayıbdır!..

Adamın qeyri-ixtiyari olaraq yadına məşhur yunan kəlamı düşür, hərçənd, anlayıram ki, Türkiyəyə qarşı apardığı siyasətə görə Yunanıstanı (təkcə Türkiyəyə qarşı yox!) yada salmaq oxucularda qıcıq yarada bilər.

Amma indiki yunan siyasətçilərinin yürütdüyü siyasətdən asılı olmayaraq biz hamımız qədim yunan mədəniyyətinin şinelindən çıxmışıq. Dediyim yunan kəlamı isə budur ki, Allahlar insanları cəzalandıranda öncə onların ağılını alırlar. Bu kəlam eyni uğurla elə bəzi yunan siyasətçilərinə də ünvanlana bilər, hansılar ki, Evklid həndəsəsindən ruhlanaraq onu geosiyasi müstəviyə də gətirmək istəyir və bunun üçün müxtəf çoxbucaqlılar qururlar ki, bunun də bir təpəsi və yaxud da bucağı rolunda Ermənistan da çıxış edir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156658

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930