Rusiyada dəhşətli hadisə: Qonaqlıqda dörd nəfəri öldürdülər

08.11.2020 - 10:58

Rusiyanın Yekaterinburq şəhərində dörd nəfər odlu silahla qətlə yetirilib.

TASS yazır ki, hadisə mənzillərdən birində baş verib.

Faktla bağlı istintaq başladılıb. Bildirilir ki, üç kişi və bir qadının cəsədi tapılıb. Bütün qurbanlarda güllə yarası var.

Hadisə yerindən “Sayqa” ov karabini sübut kimi götürülüb.

Bundan əlavə, mənzildə olan 17 yaşlı qız da güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, ev sahibi silahla əvvəl qonaqları öldürüb, sonra isə intihar edib.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib: onlar 2002-ci il təvəllüdlü bir qız, 1988, 1984 və 1986-cı il təvəllüdlü kişilərdir.

Xəstəxanaya yerləşdirilən 2003-cü il təvəllüdlü yeniyetmə isə artıq əməliyyat olunub, ağır vəziyyətdə reanimasiyadadır.

Mənzilin sahibinin əvvəllər oğurluq etdiyinə görə cəzalandırıldığı qeyd edilir. O, özəl təhlükəsizlik şirkətinin mühafizəçisi olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157001

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30