Qrip peyvəndi öldürür? – ekspertlərdən açıqlama

11.11.2020 - 11:08

Bu peyvəndlərin vurulması qrip olma ehtimalını ən azı 50 faiz azaldır

Son günlər əhali arasında, xüsusilə də uşaqlar arasında qrip virusunun  artdığı bildirilir. Ölkəmizdə koronavirusun olduğu bir dönəmdə insanlar bir də qrip virusuna yoluxduqları zaman narahatlıq keçirir, bunun COVİD-19 olacağından təlaşlanırlar.  

Yada salaq ki, payız və qış fəsillərində mövsümi qrip və digər  kəskin tənəffüs yolları infeksiyalarının qarşısını almaq məqsədilə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirdi və vaksinasiya prosesi başladı.  Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

Bununla belə, əhali arasında bu peyvəndlərə qarşı bir inamsızlıq var, xüsusilə də azyaşlı övladı olanlar bu peyvənddən imtina edirlər. Peyvəndin ölümlə nəticələnəcəyini düşünənlər də var…

 

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışdan münasibət öyrəndik. O, “Yeni Müsavat”a bildirib ki, bu vaksinlər tamamilə zərərsizdir: “Cansız, yəni inaktivasiya edilmiş peyvəndlərdir, hər hansı bir təhlükəsi yoxdur.  Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş  İnfluVak Tetra  peyvəndidir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib və  2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır”.

Pediatr  Əli Quliyev də bizimlə söhbətdə bildirib ki, qrip peyvəndinin yan təsirləri olmur: “Azərbaycana onsuz da canlı qrip peyvəndləri gətirilmir. Cansız qrip peyvəndlərinin də qrip əmələ gətirmə ehtimalı yoxdur. Vurulan cansız bir maddədir, sadəcə, qripin müəyyən parçası onun içində var. Bədəni həssas hala gətirir ki, insan qriplə qarşılaşdığı zaman onunla mübarizə apara bilsin. Bu peyvəndlər vurulduğu zaman qrip olma ehtimalı ən azı 50 faiz azalır. Bundan başqa, ağırlaşmaları 80 faiz əngəlləyir. Bu, böyük rəqəmdir, bu baxımdan qrip peyvəndinin vurulması mütləqdir.

COVİD-19-la mübarizədə də xüsusi müalicəmiz yoxdur. Amma valideynləri xəbərdar edirik. Uşaqlar ağır keçirməsə belə, yeni xəstəlik olduğu üçün bəzi məqamlara diqqət etməliyik. Əgər COVİD-19-a müdaxilə edə bilmiriksə, heç olmasa qripə qarşı qabaqlayıcı tədbirlər görməliyik. O səbəbdən də valideynlərə mövsümündə uşaqlara qrip peyvəndini vurdurmağı tövsiyə edirik. Onsuz da koronavirus olsa da, olmasa da uşağa 6 ayından sonra qrip peyvəndinin vurulmasını məsləhət görürdük. Pandemiya vaxtı isə israrla tövsiyə edirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30