Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı çıxmağı təklif ediblər

12.11.2020 - 10:39

Hakim “Mənim addımım” parlament fraksiyası Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətə Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxmağı təklif edir.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.

Bəynatda bildirilir: “Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını bəyan etmələrini, Rusiya sülhməramlılarının münaqişə bölgəsindən çıxarılmasının tərəfdarı olduqlarını və müharibəni davam etdirməyə razılıq vermələrini təklif edirik”.

Fraksiyada hesab edirlər ki, müxalifət qüvvələrindən “bərpa ediləcək müharibədə qələbə qazanmaq üçün yol xəritəsi” təqdim etmələri tələb olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30