Qarabağ üçün “Qars müqaviləsi”… Zahid Orucun şərhi

12.11.2020 - 15:34

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində keçirilən sorğunun Hesabatını təqdim edib.

Musavat.com xəbər verir ki, o əvvəlcə, 10 noyabr tarixində üç dövlət rəhbəri arasında imzalanmış Birgə Bəyanatın əhəmiyyəti, eləcə də onun bir sıra müddəalarının şərh edib.

Həmin şərhi olduğu kimi təqdim edirik:

  • Saziş məhz Azərbaycan dövlətinin qalib olduğunu təsdiq edir.Onun hər müddəasının müstəsna olaraq, Azərbaycanın tələbi, istəyi və iradəsi ilə yazıldığını aydın görmək olur.Ona görə də 10 noyabr tarixi Müqəddəs Vətən müharibəsində qələbə gümümüzdür və ümidvarıq ki, millətimizin səsi, Ali Baş Komandanın qərarı və qalib imzası ilə bu tarix “Qələbə günü” kimi də rəsmiləşəcəkdir!Bununla da 30 ildir təqvimizdə işğalla baglı qara rənglənmiş  faciə günlərimizin təqvimizdən silinməsi və yeni siyasi təqvimimizin yaranması mümkün olacaqdır. 
  • Bildiyiniz kimi, Ermənistan on illərdir ki, özünü ordu-millət kimi təqdim edirdi.İndi ordusu döyüş meydanında məğlub olduğu üçün siyasi rəhbərləri olan Baş nazir-ali baş komandan Nikol Paşinyan Azərbaycan qarşısında məglubiyyət sənədini imzalamağa məhkum edilib.Bu ən mühüm nəticələrdən biridir.
  • 10 noyabr Sazişinə Ermənistandakı etirazların nəticəsi necə olur-olsun, 44 günlük müharibənin nəticələri elə bir reallıq yaradıb ki, “birinci Qarabağ müharibəsi”nin qəhrəmanları olan Serj Sarkisyan, Robert Koçaryan, Bako Saakyan, Seyran Ohanyan da məğlub olublar və bu o deməkdir ki, indi Ermənistanda hakimiyyət dəyişsə, dövlətçilik böhranı yaransa belə elə bir alternativ lider yoxdur ki, qısa müddətdə güclü ordu qurub Azərbaycanın üstünə gəlsin.Deməli, bütün vəziyyətlərdə Sazişin müddəaları bənd-bənd reallığa çevriləcəkdir.
  • Azərbaycan hərbi qələbələrinin kulminasiya nöqtəsində razılaşmaya gəlməsi, mühüm nöqtədə Türkiyə və Rusiyanın siyasi-hərbi və diplomatik çevrələrinin sülh təklifini qəbul etməyi bacarması ölkəmiz əleyhinə növbəti Sumqayıt, Bakı və sair kimi qırğınları yazmaq isətəyənlərinin əlini kəsdi.Xankəndinin fəthi, Ağdərə və digər qalan ərazilərin güc yolu ilə azad edilməsi əlbəttə,  baş verə bilərdi, lakin belə bir sənədin imzalanmayacağı təqdirdə müharibənin nəticələrini tanıtdırmaq, təslimçi şərtləri Ermənistan rəhbərləyinə imzalatdırmaq çətin olardı, eləcə də müharibə Qarabağ çərçivəsindən çıxaraq daha böyük miqyas alardı.Prezident İlham Əliyevin bütün ssenariləri hesablayaraq qərar verməsi sayəsində ölkəmiz müxtəlif maraqlı qüvvələrin mühakiməsindən qoruna bildi..
  • Sazişin ən mühüm yekunlarından biri də odur ki, qəhrəman xalqımız müharibənin yekunlarını öz qələbəsi kimi qeyd edir, milyonlarla insan meydanlara çıxaraq onu alqışlayır, dualarını edir və nəticələrdən razılğını bildirir.Millətimizin rəyi Ali Baş Komandan İlham Əliyevin Sazişə qoyulmuş imzasının hüquqi dillə desək, ratifikasiyası-təsdiqi sayıla bilər.
  • Dağlıq Qarabağda 30 ilə yaxın mövcud olan rejimə heç bir status verilməməsi o deməkdir ki, Azərbaycan dövləti müstəqillik qazanandan bu yana ilk dəfədir ki, unitar bütövlüyünü bütün ərazisində təmin etməyə nail olacaqdır..
  • Ən mühüm nəticələrdən biri də Sazişin Müzəffər Ordumuz tərəfindən qələbə kimi qəbul edilməsidir.Bu Ali Baş komandanın, millətimiz və ordumuz üzərində tək mütləq nüfuz, güc və qərar sahibi olduğunun sübutudur.
  • Laçın dəhlizində təhlükəzisilyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu o deməkdir ki, Ermənistandan Azərbaycan ərazisində şərti adı Qarabağ rayonu qoyduğumuz bölgəyə gələcək hər hansı müdaxiləsi nəzarət altına alınır və Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti müstəqilliyimizin 30 ili qarşısında ilk dəfədir ümumi sərhədlərimizin hamısında-3360 kim təşkil edən su və quru sərhəddində Vətənin keşiyini çəkə biləcəkdir.
  • Sazişdə Kəlbəcər, Ağdam, Laçının azad edilməsi üçün verilmiş vaxtın hədsiz qısa olması zamanla bağlı Ermənistanın hər hansı manevr imkanlarının və təxribatlarının qarşısını alır.Digər tərəfdən, Ali Baş Komandanın bəyan etdiyi kimi-əgər düşmən şərtləri pozarsa, müharibə davam edəcəkdir.
  • Saziş hərbi əməliyyatların bitdiyini göstərsə də, diplomatik-siyasi və informasiya-təbliğat müharibəsinin yeni mərhələyə keçdiyini deyə bilərik.Ona görə də Ali Baş Komandan, zabit və əskərlərimizin hərbi zəfərini silahsız savaşı aparanlar da gücləndirməyi bacarmalıdılar.

İndi isə Razılaşmanın müddəlarını şərh etmək istərdik:

  • 1-ci bənd əsasən deyə bilərik ki, “tərəflər hazırda tutduqları mövqelərdə qalacaqlar” ifadəsi o deməkdir ki, Ermənistan bu müharibədə hər hansı yeni ərazilər ələ keçirə bilmədiyindən yuxarıdakı ifadə məhz Azərbaycan Ordusuna aiddir.Yəni, Azərbaycan Silahlı Qüvvələri qanla qazandığı hər hansı nöqtədən mülki, humanitar və digər məqsədlərlə geri çəkilməyəcək. Ermənistan öz məglub və darmadıgın silahlı qüvvələrinin son qalıqlarını çıxarmağa öhdəlik götürdüyü üçün də Sülhyaradıcı Qüvvəlrnin vəzifəsi orada qalan mülki ermənilər və Azərbaycan Silahlı qüvvələrin arasında hər hansı insidentin qarşısını almağa yönələcək!
  • Bəyanatın 3 və 4-cü bəndlərindən aydın şəkildə görürük ki, Dağlıq Qarabağdan erməni silahlı qüvvələri tamamilə çıxarılır.Bu o deməkdir ki, Ermənistanın və Dağlıq Qarabağın hər hansı ad altında Azərbaycan ərazisində bir nəfər də əskərinin qalmayacağına dair öhdəlik götürüb.
  • 4-cü bəndə əsasən, sülhməramlı kontingent DQ-da müvəqqətidir və onların oradakı səlahiyyətləri, struktur, malik olduğu silahları və yerinə yetirdikləri funksiyaları həmin qüvvələri başqa ad altında qiymətləndirməyə imkna vermir!Digər tərəfdən, Sülyaradıcı Qüvvə olmadan erməni hərbi qalıqlarını Kəlbəcər, Ağdam və Laçından sülh yolu ilə çıxarmaq, Dağlıq Qarabağ ərazisinə köçkünlərimizi və qaçqınlarımızı geri qaytarmaq mükün olmazdı.Əks halda, müharibəni davam etdirərək bütün əraziləri yalnız silahla azad edə bilərdik!
  • Xankəndinin, Xocalının adını Sazişdə axtaran insanlarımız üçün bildiririk-7 ci maddə, Dağlıq Qarabağ ərazisinə köçkün və qaçıqlarımız qaytarılır, müddəsı həmin tələbi təmin edir!
  • Sülhyaradıcı qüvvələr sırasında qardaş Türkiyənin hərbi kontingenti Şuşa da daxil bütün azad edilmiş ərazilərdə olacaqdır.Bunu həm ölkə başçımızın bəyanatı, eləcə Türkiyə və Rusiya arasında son razılaşmalar zəmanət verir.Ona görə də türk əskəri Sülh Sazişinin işləməsinə qarant olan iki qüvvədən biridir və Sülhməramlı Mərkəzdə təmsilçilik bu deməkdir.
  • Sazişin ən mühüm nəticələrindən biri Dağlıq Qarabağa heç bir statusun nəzərdə tutulmamasıdır.Bu ikinci erməni dövləti qurmaq üçün aparılan 100 illik mübarizənin, o cümlədən, son 30 ildə yaradılan “hakimiyyət orqanları”nın da tamamilə qanunsuz olduğunu sübut etdi və Ermənistan imzası ilə onların özünə qəbul etdirdi.Araik Arutyunyan daxil digər şəxslərdən qondarma rejim  Son Sazişə görə tamamilə hüquqi və siyasi baxımdan iflas etdi. Dağlıq Qarabağ etnik-milli və siyasi vahid kimi deyil, heç bir üstün statusa malik olmadan digər bölgələrimizlə eyni hüquqlu inzibati-ərazi vahidindən biri kimi təsdiqləndi.
  • Bir məqamı da unutmayaq, ərazilərin hamısı silahlı yolla azad edilsəydi belə, sonda regionda sülhməramlı kontingent yerləşdiriləcəkdi. İndi həmin qüvvələrin mövcudluğu hər hansı hərbi toqquşmaların baş verməsinin qarşısını alır və sazişdə göstərilən öhdəlikləri Ermənistanın yerinə yetirməsini təmin edir.
  • Anlaşmaya əsasən yaranacaq yeni dəhliz-Naxçıvanla əlaqə hesabına Türkiyə Azərbaycandan keçərək ən qısa yolla Rusiyaya və digər qonşu ölkələrə gedə, daha ucuz başa gələn böyük iqtisadi-ticarət siyasətini həyata keçirə biləcəkdiBu halda Türkiyə ilə açıla biləcək sərhədlər fonunda Ermənistanın Türkiyədən iqtisadi təsiri altına düşəcəyi də yəqin görünür. Azərbaycanın hərbi qələbəsi  həm Türkiyə, həm də Rusiyaya Qərbin həyata keçirdiyi sanksiyaların əhəmiyyətini azaldacaq və bölgənin inkişafı, o cümlədən Naxçıvanın iqtisadi gələcəyi üçün son dərəcə əhəmiyyətli rol oynayacaqdır.
  • Sual verirlər ki, Ermənistan toparlanıb 2025 ci ilə yenidən müharibəyə başlasalar onda nə olacaq.Ona qədər bizim əhali sayımız 10 milyon yarıma çatacaq, ermənilər isə 5 milyona düşəcəklər.Qələbəmiz sayəsində güclənən Azərbaycan dövləti bir daha Ermənistanın Azərbaycana qarşı hərbi həmləsinin üzərindən xətt çəkəcəkdir.
  • Bir mühüm məqamı da unutmayaq: bizim 44 günlük müqəddəs savaşda verdiyimiz itiklər, 26 illik atəşkəs dövründəki itiklərdən xeyli azdır..Müharibədəki qələbələrdən danışarkən bu amili unutmayacagıq və can varlığı qorunan hər kəsin həyatı bizim üçün çox qiymətlidir.
  • Birinci Qarabag müharibəsinin yekunları və sənədləri, Bişkek protokolu, Madrid prinsipləri, onlarla digər beynəlxalq sənədləri Ali Baş Komandanın 10 noyabradakı imzası ilə ləgv olundu..
  • 10 noyabr Sülh sazişi-Ermənistanın Daglıq Qarabağ erməniləri üçün-onların etnik təmizləmə və erməni xalqının məhv edildiyinə dair dünyəvi kampaniya apararaq hər hansı müstəqillik tanıma qərarınının üzərindən də xətt çəkdi..Çünki heç kəs cəmisi 45 nəfər mülkü insanın ölümü faktını əldə əsas götürüb onları “xilas üçün tanıma” haqqına sahib etməz.Hərçənd o 45 nəfərin heç birini normal şəkildə dünyaya təqdim edə bilməyiblər.
  • Bu saziş cəmi 3 dövlətin iştirakı ilə baş verdi.Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində bu anlaşmada heç ATƏT Minsk qrupu üzvləri, yaxud digər maraqlı dairələr olmadılar..Nəticədə sazişin müddəalarını və Ermənistanın öhdəliklərini yetirməsi Azərbaycanın yaratadıgı hərbi reallıq, Türkiyə və Rusiyanın birgə yaratdıqları Mərkəzdən asılı olacaqdır.Sazişdə nə qədər çox dövlət olsaydı, maraq toqquşmaları Sənədin işləməsinə bir o qədər mane olacaqdı..
  • Sovetlər Birliyi dağılandan sonra ilk müqavilədir ki, Gürcüstan, Ukrayna, Moldova və digər dövlətlərdən fərqli olaraq, ilk dəfədir bir dövlət-Azəbaycan öz ərazi bütövlüyünü təmin edən sənədi dünyanın gözü qarşısında Rusiya lideri ilə imzalamağı bacardı.İkinci dünya müharibəsindən sonra bir dövlətin qələbə qazanması-digərinin təslimçiliyinə dair məhz bu şəkildə müqavilə nə Yaxın Şərqdə, nə digər bölgələrdə olmayıb.
  • Rusiya Prezidenti imzası ilə bölgəyə sülh məramı ilə gəldiyini göstərməyə çalışdı.Bu 90-cı illər Qorbaçov və Yeltsin dövründə ölkəmizə qarşı baş vermiş işğala yardım siyasətindən fərqli bir siyasətin yürüdüldüyü deməkdir.Rusiya dövləti qazandığı bu imici qorumaga çalışacaq və Azərbaycan-Rusiya, Türkiyə-Rusiya strateji balansı müxtəlif güclərin Sazişi pozmaq cəhdlərinin qarşısını alacaqdır.Rusiyanın imzası onun bölgəmizdə davamlı və qalıcı bir sülhdə maraqlı olduğunu, onu məhz Qafqazlarda mühüm güc olan Türkiyə ilə birgə inkişaf etdirmək istəyini sübut edir.
  • Azərbaycan dövlətinin müstəqlliyini elan etdiyi andan bütün əarzisində suverenliyini təmin edə bilmədiyi halda 10 noyabr Anlaşması BMT tətəfindən tanınmış bütün ərazimizdə Konstitusion haqlarını bərpa edəcəkdir..
  • 10 noyabr Anlaşması Türkiyə dövlətinin ideoloji, siyasi, mənəvi, Ermənistanın hərbi məglubiyyəti onun Türkiyəyə qarşı əsrlərdir davam edən iddialarının da qarşısını aımaga və qanunsuz tələblərindən əl çəkərək, diplomatik tanıma, normal qonşuluq münasibətləri və bölgənin barışla iqtisadi əlaəqlərin daha böyük məkanlara açılmasına yol açmış olur.
  • 10 noyabr anlaşması Müzəffər Ordumuzun qazandığı hərbi qələbənin diplomatik sənəd üzərinə tam və qəti bir şəkildə daşınmasını aydın şəkildə nümayiş etdirir.Müxtəlif dövrlərdə tarixdə özünü göstərən hadisə-əskər qazanır, dövlət rəhbərləri ona imzası ilə möhür vurur” ifadəsi burada tamamilə yerinə düşür.
  • Düşmən ordusunun məhv edilməsi Ermənistanın gələcəyinin 2-ci və ya üçüncü dövlətlərdən asılılığını, uzun on illərdir ki, bu dövlətdən istifadə edən dövlətlərin də imkanlarının daralması deməkdir.Ordusuz erməni, dişsiz canlı deməkdir..
  • Bu tarixi sənəd Ermənistan son yüz ildə siyasi xəritədə dövlət kimi var olduğu dövrdə öz təslimçiliyini tanıdğı yeganə hüquqi beynəlxalq aktdır.Birinci dünya müharibəsindən sonra Ermənistan həmişə müxtəlif dövlətlərin himayəsi altında onun mənafeyinə uygun olan müqavilə və sazişlər əldə edib.Bununla da həmin ənənəyə son qoyuldu.
  • Ali Baş Komandan İlham Əliyevin Naxçıvanı bir dəhlizlə Azərbaycanla birləşdirmək qərarı bu aktın təkcə 10 il əvvəlki deyil, eləcə də bir əsr əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti dövründə itirilmiş mövqelərinin bərpası deməkdir.Bu dövlətçilikdə varislik ənənlərinə prezidentimizin verdiyi ən böyük dəyərdir.Demokratik Cümhuriyyəti quran insanların da ruhu bununla sevinmiş oldu.

Sonda onu demək istərdim ki, Qarabağ üçün  “Qars müqaviləsi” sayılacaq 10 noyabr Qələbə Sazişinə qiymət verərkən bütün xalqımız bir məqamı unutmur-biz bu zəfərə məhz ölkə başçısının qüdrətli şəxsiyyəti, millətimizin birlyi və xilaskar ordumuzun qəhrəmanlığı ilə gəldik.Sazişə qiymət verərkən də hər zaman, Prezidentimizin Qələbə sözünü, Türkiyə rəhbərlərinin onu “Zəfər” kimi qiymətləndirməsini bir an belə unutmamalı, sənədin hər  müddəasını təhlil edərkən onların sözünü və addımların əldə əsas götürməliyik!

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30