Azərbaycanda yeni qadağa qəbul edildi

15.11.2020 - 11:06

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan edilir.

BAXAR.AZ metbuat.az – a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərarında əksini tapıb.

Qərara əsasən, aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektlərinin, radioaktiv maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar, narkotik vasitələrin, psixotrop, zəhərləyici, maddələrin hazırlanması texnologiyasına aid materiallar, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar, əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, odlu silah və onun döyüş sursatları, qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac), xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları, müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyatın da poçt vasitəsilə göndərilməsi qadağan edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157266

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30