cumhuriyyet.net
BNA: Hava limanı şossesində iki yol-nəqliyyat hadisəsi baş verib FOTO • Cumhuriyyət
Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb. Bu barədə Musavat.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub. Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.
nesimi