2020-ci ildə dünyasını dəyişən məşhur sənətkarlar – Teymur Mustafayev, Rafael Dadaşov, Səfurə İbrahimova….

27.12.2020 - 16:41

2020-ci ili geridə qoymağa artıq sayılı günlər qalıb. Bu il insanları daim təqib edən koronavirus, onun yaratdığı fəsadlar, diskomfortlar, iqtisadi itkilər ilə dünya tarixinə düşdü.

Azərbaycan da bu fəsadlardan yan qaça bilmədi. Bununla belə, 2020-ci il tariximizə qızıl hərflərlə Qələbə ili kimi düşdü. Bir tərəfdən qələbə sevinci, bir tərəfdən şəhid itkisinin acısını yaşadıq.

Bəs bu il mədəniyyət aləmində hansı itkilərimiz oldu?

Məlum olduğu kimi, ötən gün Əməkdar artist, aktrisa Almaz Mustafayeva dünyasını dəyişdi. Aktrisa tamaşaçıların yaddaşında daha çox “Sehrli xalat” filmindəki balaca Səkinə, “Üç bacı” serialındakı Kübra obrazı ilə qalıb.

1.jpg (54 KB)

Bu il Xalq artisti, “Şöhrət” ordenli aktyor Rafael Dadaşov da vəfat etdi. Xatırladaq ki, Rafael Dadaşov uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Без названия.jpg (5 KB)

Xalq artisti Ağaxan Salmanlı isə fevral ayında 78 yaşında vəfat edib.

1-87.jpg (64 KB)

Mart ayında daha bir ustad sənətkar, “Qaya” vokal instrumental qrupunun məşhur üzvü, Xalq artisti, “Şöhrət” ordenli Rauf Babayev də 82 yaşında vəfat edib.

Xalq artisti, aktyor və rejissor Rafiq Əliyev isə aprel ayında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa, mədəniyyət xadimi Tamara Gözəlova da 8 may tarixində dünyasını dəyişib.

Xatırladaq ki, Tamara Gözəlova “O olmasın, bu olsun” filmindəki Gülnaz obrazı ilə tamaşaçıların yaddaşında qalıb. Onu da qeyd edək ki, aktrisa AzTV-nin ilk diktorlarından biri olub.

5.jpg (8 KB)

Sevilən sənətçi, Xalq artisti, “Teymur əmi” kimi tanınan xanəndə Teymur Mustafayev isə dünyanın bəlasına çevrilən koronavirusun qurbanı oldu. Xanəndə koronavirusa yoluxma səbəbindən 81 yaşında dünyasını dəyişib.

6.jpg (274 KB)

Xalq artisti, sevimli aktyor Əjdər Həmidov isə ötən noyabr ayında insultdan dünyasını dəyişdi. Xatırladaq ki, aktyor daha çox “Kişi sözü” filmindəki Qasım, “Yoxlama” serialındakı Müfəttiş obrazı ilə yadda qalıb.
Əməkdar artist Atabala Səfərov isə dekabrın 20-də vəfat etdi.

safur-1591945577.jpg (275 KB)

Bir gün sonra, dekabrın 21-də Xalq artisti, Azərbaycanın ilk “Bahar qızı” Səfura İbrahimova tənha şəkildə dünyasını dəyişdi. Xatırladaq ki, aktrisa daha çox “O qızı tapın” filmində Xalidə, “Bizim küçə” də Asya, “Tütək səsi”ndə İsmət, “Arşın mal alan”da Telli, “Bizim Cəbiş müəllim”də Nəcəfovun arvadı, “Alma almaya bənzər” filmindəki Mədinə obrazı ilə tanınıb. 82 yaşlı aktrisa uzun illər idi ki, teatrdan uzaqlaşmışdı. Övladı olmadığından tənha yaşayan Səfurə İbrahimova ötən ay evində huşsuz vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilmişdi. Lakin aktrisa bir ay sonra dünyasını dəyişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158940

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930