Aparıcı Vüsalə Əlizadə koronavirusa yoluxub: “Şişirdiləcək heç nə yoxdur”

30.12.2020 - 15:08

Aparıcı Vüsalə Əlizadə də koronavirusa yoluxub.

Musavat.com xəbər verir ki, bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb. O, bir neçə gündür ki, özünü sosial həyatdan təcrid etdiyini qeyd edib:

“Çox təəssüflər olsun ki, nə qədər qorunsam da, mən də dünyamızı cənginə almış sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil, bütün dünya – varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq! İki həftədir işdə yoxam, qaydalara görə karantində olmalı idim, oldum da!

Artıq heç kim üçün qeyri- adi hadisə deyil, hamımız alışdıq, öyrəşdik və çox sıradan qəbul etdik bu virusu. Şişirdiləcək heç nə yoxdur!”

Aparıcı hazırda özünü yaxşı hiss etdiyini də yazıb:

“Çox şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və çox pozitiv qarşıladım, belə də bitirdik! Mənə görə narahat olub yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərim, var olun. Özünüzü qoruyun, Allaha əmanət olun!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159072

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930