Qənirə Paşayeva şəhid qardaşların ailəsi ilə görüşüb

06.01.2021 - 11:10

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidlərimiz İman və Bəhram Məmmədov qardaşlarının valideynləri ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidləri İman və Bəhram Məmmədov qardaşlarının valideynləri Elman Dədəkişi oğlu Məmmədov və Hicran Kərim qızı Məmmədova ilə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib: “Əziz Şəhid valideynləri, Sizin oğullarınızın və onların cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Oğullarınız İman və Bəhram 2020-ci il sentyabrın 27-də – döyüşlərin ilk günündə öncəbhəyə yollananlardan olub.

İman və Bəhram döyüşlərə Füzuli rayonunda başlayıb, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsində iştirak ediblər. İman və Bəhramın son döyüşləri isə Şuşa-Xankəndi istiqamətində olub.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.

Əziz şəhid valideynləri, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!

Komitə sədri şəhidlərin valideynlərinə Mədəniyyət Komitəsi adından məktub və üstünə “Qarabağ Azərbaycandır” yazılmış qol saatları təqdim edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031