Hərə bir internet TV açır: dövlətin yeni media siyasəti nədir? – Müşviq Ələsgərli canlı yayında

07.01.2021 - 15:28

Media artıq ənənəvi üslubundan çıxmaqdadır, sosial media platformaları önə çıxıb, o halda dəyişikliklər də qaçılmazdır.

Dövrünə nəbzinə uyğun, onunla ayaqlaşa bilən, mobil və çevik bir medianın inkişafına ehtiyac var. O baxımdan İstər qanunvericilikdə, istərsə mətbuatın fəaliyyətində müasir mexanizmlərin tətbiqinə zərurət var.

APA-nın əldə etdiyi məlumata görə, yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.

Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.

Bəs yeni yaranacağı gözlənilən qurum mediada hansı dəyişiklikləri gətirə bilər? Bu gün elektron KİV-lə bağlı problemlər nədən ibarətdir? Onlayn mətbuata dövlətin maliyyə dəstəyi ola bilərmi?

Bir buma çevrilən internet televiziyalarının fəaliyyəti ilə bağlı tənzimləyici addımlara ehtiyac varmı?

Bu gün TV Musavat-ın “Həftə içi” proqramında, saat 15:30-da aparıcı Emil Salamoğlu Mətbuat Şurasının sədri müavini Müşfiq Ələsgərli ilə bu məsələləri müzakirə edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159442

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031