Bakıda qarğalar kütləvi qırılır – səbəblər

13.01.2021 - 10:12

“Qarğalar ölürsə, ağaclar da quruyacaq” – professor insanları qınadı

Bakı küçələrində, xüsusilə də parklarda çoxalan qara qarğaların son günlər kütləvi şəkildə tələf olduğunu görürük. Bir müddət əvvəl sakinlər arasında “bu qarğalar da şəhəri bürüyüb, qaramat quş, qarşıma çıxma”, “rədd ol, qara qarğa” deyə onların çoxalmasından gileylənənlər vardı. Amma son günlər quşların bu formada ölməsi paytaxt sakinlərinin də narahatlığına səbəb olub. Bəziləri bunun şəhərdə aparılan dezinfeksiya işləri ilə bağlı olduğunu deyir.

Bəs görəsən, quşların ölümünə əsl səbəb olan nədir?

“Yeni Müsavat”a bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov danışıb: “Təbiətdə insandan başqa digər canlı aləm ölmür. Məsələn, qarğa, qarışqa, tarakan, it, pişik-bunlar yaşlandıqca yaşamaq uğrunda mübarizəni itirdiyi üçün özlərini qoruya bilmir, müqavimət göstərə bilmirlər. Diri ikən tədricən öz şikarının qənimi olurlar. Əlbəttə, qarğaların ölməsi bioloji tarazlığın pozulmasıdır. Qarğaların ölməsinin əsas səbəbi təbiətdə baş verən antropogen amillərin təsiri ilə bağlıdır. Qarğalar özü qida zənginliyində çox böyük əhəmiyyətə malik bir funksiyanı idarə edir, bu, profilaktik funksiyadır. Qarğalar xəstəlik törədən orqanizmlərlə qidalanır. Məsələn, xəstə heyvanlarla, cücülərlə qidalanırlar. Əlbəttə, parka, meşəyə gedəndə bir canlının ölümünü görəndə təbiət haqqında biliyi olmayan insanlar da düşünürlər ki, yəqin bu nə isə bir xəstəliklə bağlıdır. Bu gün də müşahidə olunanlar ona dəlalət edir ki, təbiətdə antropogen amillərin böyük təsiri var. Bizim binamızın yaxınlığında, Zığ yolunda böyük bir park var, orada yaşıllıq saldılar, ot toxumu səpdilər. Sonra ziyanvericilərə qarşı müəyyən pestisidlərdən istifadə etdilər və bütün qarğalar bir anda yoxa çıxdı, amma ölmədilər. Onlar artıq orada yaşaya bilməzdilər. O yaşıllıq indi yoxdur, indi qarğalar həmin yerə qayıdıblar. Bakıda əhali çoxdur, qarğalar, quşlar şəhər mühitinə uyğunlaşmış canlılardır. Yəni insanlarla əlaqədar bir mühitdə yaşayan canlılardır. Onların kütləvi ölümünə səbəb də insanların zərərli maddələrdən mübarizə tədbirləri üçün istifadə etdiyi müxtəlif maddələrdir, bu da quşların orqanizminə mənfi təsir göstərib. Onların qidalandığı cücülər həmin pestisidlərlə qidalanıb və quşlar da həmin cücülərlə qidalandıqda onların orqanizmində dəyişikliklər əmələ gəlir və ölümünə səbəb olur.

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Sultanov 

Gəncədə “Xan bağı”nda 50-100 yaşında ağaclar vardı. Orada bir park saldılar. Həmin parkda qarğaların sayı həddindən artıq çox idi. İnsanlar oturduğu zaman qarğalar onları bulaşdırırdı, ona görə də qərar qəbul elədilər ki, qarğaları öldürsünlər. Qarğaları öldürmək isə ağacların qurumasına təsir edən başlıca faktordur. Çünki onlar ağacda xəstəlik törədən cücülərlə qidalanır, ağacın qurumasının qarşısını alır. Qarğalar öldükdən bir müddət sonra həmin bağda gördülər ki, ağaclar da qurumağa başlayıb…”

Professor onu da qeyd edib ki, insanlar təbiətin qanunauyğunluqlarını pozmamalıdırlar: “Pişiklər haradasa çoxdursa, siçanlar azalır. Siçanlar azalanda pişiklər də azalır. Pişiklər azalanda siçanlar azalır. Bu, təbiətin müəyyən qanunauyğunluğudur. Yəni təbiətin müvazinətini, dayanıqlığını insanlar pozduğu üçün belə xoşagəlməz hadisələrlə üzləşirik. Son dövrlər deyirlər ki, Bakıda qarğaların sayı çoxalıb. Bu onunla əlaqədardır ki, Bakı getdikcə genişlənir. Tullantıların miqdarı çoxaldığı üçün qarğalar da çoxalır. Zibilliklərin vaxtlı-vaxtında təmizlənməməsi ilə əlaqədar olaraq qida zənginliyi yaranıb. Qida azaldıqca istər-istəməz qarğaların da sayı azalmağa başlayır.

Təbiətdə canlılar arasında bir mübarizə forması gedir. Qarğaların parklarda olmasının sanitar-gigiyenik qaydaların qorunmasına da təsiri böyükdür. Yəqin ki, son vaxtlar müşahidə edirsiniz, ağcaqanadların sayı xeyli azalıb. Niyə? Yadınıza gəlirmi Azərbaycana milyardlarla kəpənək gəldi. Həmin kəpənəklərin qidasını ağcaqanadlar təşkil edirdi. Bu səbəbdən də heyvanlarla, həşəratlarla bioloji mübarizə aparmaq lazımdır. Hər bir canlının öz qənimi var. Parklarda da həmin bioloji üsullardan istifadə etmək lazımdır. Hansı canlıya qarşı mübarizə aparırsansa, onun qənimini tapmaq lazımdır. Dərman vasitələrindənsə, bioloji mübarizə üsullarından yararlanmaq daha məqsədəuyğundur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031