Qarabağa səfər edən vəzifəli ermənilər niyə cəzalandırılmır? – Pənah Hüseyn “Canlı”da

26.01.2021 - 14:30

Qarabağlı günlərimizin üstünə gün alırıq! İndi zaman da, Azərbaycan da Qarabağ üçün səfərbər olub!  Amma post müharibə dönəmində həllini gözləyən problemlər və cavabını gözləyən suallar var. Gürcü eksperti sensasion iddiaa ilə çıxış edib və deyib ki, Qarabağdakı sülhməramlıların tərkibi əslində müharibə dövründə ermənilər tərəfdə döyüşmüş muzdlulardır. Söhbət məlum və məşhur “Vaqner”çilərdən gedir. Bu, doğru ola bilərmi, yoxsa, bizi Rusiyaya qarşı qoymaq cəhdidir? Məlumdur ki, Azərbaycan Baş Prokurorluğu Qarabağda Ermənistanın tərəfində vuruşan muzdlular haqda yeni-yeni cinayət işi açır, son olaraq iki liviyalı haqda həbs qərarı verilib. Bəzi iddialara görə, Azərbaycanda həbsdə düşmən ordu tərəfdən vuruşmuş 100-dən artıq terrorçu var.

Bu arada xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Tonayan da bildirib ki, müharibə dövründə Rusiya Ermənistana bütün yardımı edib…
Daha bur mövzu, daha bir gündəm: Minsk Qrupu yenə gəlir, təhlükə qapımızı döyür: Bu dəfə cavabımız nə olacaq? ATƏT-in Minsk Qrupu Qarabağ mövzusuna yenidən qayıdır. Həmsədrlər bu həftə Polşada görüş keçirəcək. Sonra isə…

Mövzularımızdan ən aktualı Qarabağa davam edən qanunsuz səfərlərdir. Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyan 22-24 yanvar tarixlərində Xankəndində olublar. Bu qanunsuz səfərin məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəsmiləri” ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub.

Qazi və şəhid ailələri barədə daha bir Prezident sərəncamı verilib. Müharibədə əlil olmuş və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident yeni sərəncam verib. Bu sərəncamda əlil olmuş və şəhid ailələrinin mənzil probleminin həlli qarşıya vəzifə kimi qoyulub. Prezident Nazirlər Kabinetinin son müşavirəsində qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə veriləcəyinin demişdi. İndi isə onların probleminin həlli ilə bağı konkret vəzifələr müəyyənləşdirilib. Dövlət onu qoruyanlara sahib çıxır.

Dopdolu bir ölkə gündəmi var. Bu gündəmi biz Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz. 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160319

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031