Bakıda ana, oğlu və qohumu oğurluğa görə saxlanıldı

02.02.2021 - 18:14

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərində oğurluq edilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən birindən oğurluq edən şəxs saxlanılıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub.

Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2 000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş maruxuana da aşkar edilib.

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarının bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Nardaran qəsəbəsində daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb.

Əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Hər iki faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930