Gürcüstanda azərbaycanlılar yaşayan kənddə döyülmə olub, saxlanılan

09.02.2021 - 15:28

Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs bu il fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.

Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161002

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930