Sürücülərin DİQQƏTİNƏ! -Bu küçə və prospektlərdə məhdudiyyət qoyuldu

26.02.2021 - 10:41

“Hazırda 26 fevral Xocalı soyqırımının anım günü qeyd edilir. Ziyarətçilərin “Ana fəryadı” abidəsi istiqamətinə hərəkətində təhlükəsizlik təmin edilməsi məqsədi ilə Xocalı prospekti və abidə istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub”.

Musavat.com xəbər verir ki, bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda Yusif Səfərov küçəsindən Xocalı prospekti istiqamətinə, 10-cu zavod dairəsindən, Babək prospektindən, Nəcəfqulu Rəfiyev küçəsindən, Nobel prospektindən, eləcə də Mehdi Mehdizadə və Sabit Orucov küçələrindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib:

“Xocalı soyqırımı qurbanlarını “Ana fəryadı” abidəsi önündə yad etmək üçün hərəkət Nəcəfqulu Rəfiyev küçəsindən təşkil edilib. Belə ki, 5 nəfərdən ibarət qrup halında, qoruyucu maskalar olmaq şərtilə, ara məsafəsi saxlanılır və piyada bu istiqamət üzrə hərəkət edilir. Xocalı soyqırımı qurbanlarını abidə önündə yad etdikdən sonra Xocalı prospekti Bakı Metropoliteninin “Xətai” stansiyasının qarşısından keçməklə Natiq Əliyev küçəsindən sağa istənilən istiqamətə hərəkət təşkil edilib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161620

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930