Bakıda taksi sürücüsündən müştərisinə qarşı İNANILMAZ CİNAYƏT – TƏFƏRRÜAT

07.04.2021 - 16:32

 

Bakıda taksi sürücüsündən müştərisinə qarşı İNANILMAZ CİNAYƏT – TƏFƏRRÜAT

 

Bir neçə ay əvvəl Bakıda öz müştərisinə qarşı soyğunçuluq etmiş taksi sürücüsünün törətdiyi əməlin təfərrüatları məlum olub.

Taksi sürücüsü, 1995-ci il təvəllüdlü Nurlan Şahverdiyev müştərisi, Rüfət M.-in içində ə 1287 manat nağd pul, 800 manat dəyərində 750 əyyarlı 4.5 qram çəkidə olan brilyant qaşlı kişi üzüyünü, sənədlərini və “Wolksvagen Tiguan” markalı avtomobilin mühərrikinin pompasının valını açıq yolla talayaraq ona 2.667 manat ziyan vurmaqla soyğunçuluq edib.

Məlum olub ki, N.Şahvrdiyv icarə əsasında “Renault Tondar” markalı avtomobillə *0404 şirkətində taksi sürücüsü işləyir. O, yolda hərəkətdə olarkən Rüfəti müştəri kimi götürüb. Rüfət sürücüyə Badamdardakı avtomobil ehtiyat hissələri mağazasına, oradan da Babək prospektinə gedəcəyini deyib və 15 manat verəcəyini bildirib. Tərəflər razılaşıblar və əvvəlcə ehtiyat hissəsini götürərək Xətai rayonu istiqamətinə hərəkət edərək. Avtomobil Babək prospektinə çatanda Nurlan maşında elektrik problemi yarandığını bildirərək maşını söndürüb. O, Rüfətdən mühərriki işə salmaq üçün düşərək nəqliyyat vasitəsini itələməsini xahiş edib. Rüfət də taksi sürücüsünün xahişini yerə salmayıb və maşını itələməyə başlayıb. Bu zaman mühərriki işə düşüb və Nurlan maşını hərəkətə gətirərək uzaqlaşıb. Müştəri bir qədər onun arxasıyca qaçsa da, çata bilməyib.

Bildirilir ki, soyğunçu sürücü maşında qalan pulqabının içindəki pulları və bahalı üzüyü götürərək sənədləri yol kənarına atıb. O, univermağa gedərək üzüyü 290 manata satıb.

Artıq N.Şahverdiyev tutularaq məsuliyyətə cəlb edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930