İcma “tullantıdan incəsənətə” adlı layihə keçirir

02.05.2021 - 17:27

Xaçmaz Skautları Ətraf Mühit İcmasının “Tullantıdan incəsənətə” adlı ekoloji layihəsində iştirak ediblər.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ən böyük problemlərindən biri ətraf mühitin mühafizəsi və təhlükəli tullantılardan təmizlənməsidir. Bu halın azalmaq əvəzinə getdikcə çoxalması insanları sözügedən məsələ barədə düşünməyə məcbur edir.

Uzun-uzadı düşüncələrin və aparılan müzakirələrin sonunda gəlinən qənaət ondan ibarətdir ki, təbiəti qorumaq atılan tullantının miqdarını azaltmaqdan keçir. Beləliklə, plastik, rezin və bunlar kimi çoxsaylı materiallar var ki, həyatımızda yeri çox böyük olsa da, təbiət üçün təhlükəlidir. Odur ki, imtina etmək mümkün olmadığından, onlarla yaşamağı öyrənməliyik. Məhz bu məqsədlə İcmamız bir layihəyə start verib: “Tullantıdan incəsənətə” adlanan bu müsabiqə icma üzvlərini, skautları və insanları təbiət üçün səfərbər edib.

Skautların əl işlərindən və bu işlərlə yaşıdlarına verdikləri ismarıcdan məmnun qalan icma rəhbəri və etni zamanda Xəzər dəstəsinin Skaut lideri Vəfa Musayeva deyir ki, onlar dostlarını da bu prosesə cəlb ediblər. Həm tullantıların toplanmasında, həm də işinin ortaya çıxmasında tay-tuşları ilə birgə işləyiblər. Bununla onlar dostlarını da gördükləri işin əhəmiyyətinə inandırıblar.No description available.

No description available.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163040

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31