Qazaxıstanın hüquq müdafiəçiləri də Azərbaycanın Ədliyyə Nazirliyinə etiraza qalxdı – Kamran Əliyevə MÜRACİƏT

03.05.2021 - 13:50

Azərbaycanda saxta müqaviləyə əsaslanaraq məhkəmələrin femida tarixində misli görünməmiş haqsız qərarlar çıxarması, vətəndaş Fikrət İbrahimovun fırıldağının tərəfini saxlaması və Ədliyyə Nazirliyinin nazir Fikrət Məmmədovla qohumluğuna görə bu işdə adıçəkilən şəxsi qoruması, haqlı olan qarşı tərəfə – vətəndaş Sakin Ağayevə əsassız yerə cinayət işi açıb onu girova çevirməsi, ölkədən çıxışına stop qoydurması ilə bağlı səs-küylü qalmaqal böyüməkdədir.

Məlumdur ki, F.İbrahimovun 698 min dollarlıq saxtakarlığı və bu məsələdə məhkəmələrdən aldığı dəstək barədə ölkənin bütün aparıcı medi quruluşları geniş, müfəssəl faktlar təqdim ediblər, Pirallahı rayon məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər saxta müqaviləyə istinad edilərək qətnamələr çıxarılması haqda dolğun informasiyalar veriblər.
Eyni zamanda ölkənin tanınmış hüquq müdafiəçiləri Birgə İşçi Qrupu adından dövlət rəhbərliyinə və aidiyyatı orqanlara müraciət ünvanlayıblar və bunun mətni əksər KİV-lərdə işıqlandırılıb, Ədliyyə Nazirliyinin qanunsuz hərəkətləri ifşa olunub.
Rublika.Az xəbər verir ki, artıq hüquq müdafiəçilərinin səsinə Qazaxıstanın vəkilləri, hüquq müdafiəçiləri səs verməyə başlayıblar.
F.İbrahimovun S.Ağayevi Qazaxıstanda aldatması, pulunu verməməsi, bu azmış kimi borclu çıxarması qonşu ölkənin məhkəmələrinin çıxardığı qərarlarda da öz təsdiqini tapıb. Lakin Azərbaycan tərəfi beynəlxalq konvensiyanın müvafiq bəndlərini pozaraq Qazaxıstan məhkəmələrinin qərarını tanımırlar.

Baş Prokurora və səfirə saxtakarlıq faktları

Artıq bu işlə bağlı Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, o, İbrahimov Fikrət Vəli oğlu ilə mülki-hüquqi münasibətlərdə vətəndaş Rəhimli Vüsalə Mahmud qızının (Sakin Ağayevin həyat yoldaşı – red) mənafeyini təmsil edir.
K.Batırbayevin sözlərinə görə, 7 oktyabr 2002-ci ildə Kişinyov şəhərində “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiya imzalanıb. Hüquq müdafiəçisi xatırladır ki, bu konvensiya həm Qazaxıstanda, həm Azərbaycanda ratifikasiya olunaraq 27 aprel 2004-cü ildən qüvvəyə minib:
“Sizə müraciət etməyimin səbəbi Bakının yerli məhkəmə orqanlarının yuxarıda qeyd olunmuş konvensiyanın maddələrini pozmasıdır. Belə ki, Pirallahı rayon məhkəməsinin qərarı ilə 26 iyul 2017-ci il tarixdə İbrahimov Fikrət Vəli oğlunun xeyrinə Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə Sakin qızından birgə qaydada 698 000 ABŞ dolları miqdarında pul vəsaitinin tutulması barədə qətnamə çıxarılıb.
İbrahimov Fikrət Vəli oğlu Qazaxıstanın səlahiyyətli məhkəməsinə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin yuxarıdakı qərarının tanınması və icrası üçün vəsatətlə müraciət edib.
Qazaxıstanının Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsi yuxarıda qeyd olunmuş Konvensiyanın müddəalarına tam uyğun olaraq, 3 oktyabr 2018-ci il tarixli qərarı ilə İbrahimovun vəsatətini təmin edib və İcra vərəqi verib”.

Qazaxıstan məhkəmələri Pirallahı məhkəməsini rüsvay edib

Qazax vəkil göndərdiyi müraciətdə deyib ki, 26 oktyabr 2018-ci ildə Mangistau vilayətinin xüsusi icra məmuru Axanov tərəfindən icra prosesi başladılıb: “Həmçinin Mangistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli Qərarı ilə Rəhimli Vüsalə Mahmud qızı ilə İbrahimov Fikrət Vəli oğlu arasında 14 iyun 2014-cü il tarixdə 14-02 saylı alqı-satqı müqaviləsi bağlandığı müəyyən edilib.
Müqaviləyə əsasən Rəhimli Vüsalə özünə məxsus “Töleş Manğıstau» MMC-nin öz pay hissəsini 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satıb, məbləğ hələ də alıcı tərəfindən ödənilməyib.
Bununla əlaqədar olaraq Rəhimli Vüsalə Mahmud qızı Fikrət Vəli oğlu İbrahimova rəsmi ərizə göndərərək onun 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dolları dəyərindəki borcunun 698.000 ABŞ dolları, yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə müştərək qaydada Rəhimli Vüsalə Mahmud qızı, Ağayev Sakin Abdulhüsyin oğlu və Ağayeva Dilarə Sakin qızından tutulmalı məbləğ miqdarında qarşılıqlı borcların əvəz olunması (zaçot alınması) yolu ilə ödənilir.
Yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə İbrahimov Fikrət Vəli oğluna ödəniləcək məbləğ onun Rəhimli Vüsalə Mahmud qızına olan borcunun 698.000 ABŞ dolları dəyərində azaldılması hesabına ödənilib.
Bundan sonra Rəhimli Vüsalə aparılmış əvəzləşmə nəticəsində icraatın dayandırılması ərizəsi ilə məhkəmə icraçısına müraciət etmişdir.
Mangistau vilayətinin məhkəmə icraçısı Axanovun 3 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi icra olunduğuna görə icraata xitam verilib və Qazaxstan dövlət orqanları Azərbaycan dövlətini bu barədə rəsmi olaraq məlumatlandırıblar”.

Hüquq müdafiəçisi Baş prokurora müraciətdə əlavə edib ki, İbrahimov Fikrət Vəli oğlu məhkəmə icraçısının sözügedən Qərarı ilə razılaşmadığı üçün məhkəməyə şikayəti ərizəsi ilə müraciət edib:
“Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə İbrahimovun iddiası rədd edilmiş, yəni məhkəmə icraat işlərinin bağlanmasını qanuni saymışdır.
İbrahimov bu qərarla razılaşmayaraq yuxarı məhkəmə instansiyasına şikayət vermiş, Mangistau vilayət məhkəməsinin (apelyasıya instansiyası) 2 sentyabr 2020-ci il tarixli qərarı ilə Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı dəyişdirilməmiş qalmış və İbrahimovun apellyasiya şikayəti təmin edilməmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163064

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31