Ağsuda aqrar siyasətə sabotaj

05.06.2021 - 13:28

Ağsu rayonunda artıq arpa biçini başlayıb və bir neçə gün sonra buğda biçininə start veriləcək. Lakin hər il yaşanan problemlər yerli məmurların sayəsində bu il də davam etməkdədir. Bu barədə Ağsu rayonundan saytımıza şikayət daxil olub. Belə ki, yalançı statistik məlumatlar, biçin qiymətlərindəki süni artımlar, kəndlilər arasında fərq qoyulması və s. yenə gündəmdədir.
Ötən il hər hektar taxıl biçini üçün kənd təsərrüfatı naziri 30-38 manat arası qiymət tövsiyyə etmişdi. İkili qiymət həddi ona görə qoyulur ki, düzənlik və uzun boylu sahələrdə qiymətlər minimum həddə, relyefi çətin olan ərazilərdə, yəqin ki, yanacaq sərfinə görə, maksimum qiymətlərlə hesablansın. Lakin Ağsu rayonunun Bico kəndində bu prinsip tam tərsinə həyata keçirilir. Kəndin əkin sahələri uzun boylu və düzənlik olsa da, biçin qiymətləri kombayn istifadəçiləri tərəfindən ən yuxarı həddə camaatdan alınır, amma Şamaxı və Qobustan kimi relyefi dağlıq olan rayonlarda biçin qiyməti Bicodakından 15-20 manat aşağı hesablanır. Səbəbini kombayn istifadəçiləri aid olduqları aqroservis rəbbərlərinə dövlət rüsumundan əlavə “şapka” deyilən əlavə vəsait ödədikləri ilə əlaqələndirirlər. Yəni, aqroservisdən istismara kombayn götürən şəxsdən servis rəhbərliyi dövlət rüsumundan əlavə, kombaynın markasına görə 1000-2000 manat civarında rüşvət alır və kombayn istifadəçisi də həmin pulu biçin qiymətini qaldırmaqla sadə kəndlidən çıxarır.
Bir neçə gün əvvəl Bico kəndinə Göyçay Aqroservisinə məxsus kombayn gəlmişdi. Kombayn istifadəçisi adıçəkilən kənd sakinidir və bir hektar üçün taxıl biçinini 35 manata hayata keçirirdi. Lakin Bico kənd bələdiyyə sədrinin və digər şəxsi kombaynı olan iki sahibkarın israrlı təkidi ilə həmin kombayn Göyçaya geri çağırıldı, vasitəçi isə Ağsu Aqroservisin mühəndisi Şəhriyar adlı şəxs oldu. Təbii ki, Şəhriyar da servis müdiri Cavid müəllimin təlimatlarını reallaşdırır. Onlar istəmədilər ki, sadə kəndlinin ziyandan sovuşması üçün kimsə yardımçı olsun, çünki bu il taxıl sahələrində elə də məhsul yoxdu. Hazırda kənddə iki şəxsi və bir ədəd də Aqroservisə məxsus, kənd bələdiyyə sədrinin istifadəsində olan kombayn var, onlar da biçini 40-50 manat arası həyata keçirirlər. Deməli, deyilənlər doğrudur: Aqroservis rəhbərliyi icarəyə kombayn götürənlərdən əvvəlcədən istədiyi rüşvəti alıb ki, kənddə taxıl biçininin qiymətini düşməyə və kombayn sayının artmağına əngəl olur. Yoxsa kənd bələdiyyə sədri kənardan gələn kombayn sahiblərini “burunlayıb” kənddən qovmaz və biçin qiymətini maksimum qiymətə qaldırmazdı. Əslində bu məsələlərdə rayon icra başçısının ötkəm mövqeyi olmalıdır, lakin yeni başçının bu istiqamətdə fəaliyyəti hələ ki, gözə çarpmır.
Dövlət rəhbərinin və onun ölkədə apardığı iqtisadi siyasətin kiçik məmurlar tərəfindən saya salınmaması bu günki reallıq üçün qeyri-adi görünür.
Bu problem əslində Ağsunun bütün kəndlərinə aiddir, araşdıran olsa, reallığı görər. Ağsuda kənd təsərrüfatı ilə bağlı bütün texniki işlərin qiyməti manapoliya sayəsində maksimum səviyyədədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164306

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930