Icra başçısı vətəndaşın müraciətinə yerində baxıb

13.06.2021 - 11:54

Ölkə Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amili dayanır.

Son illər ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün işlər, uğurla icra edilən layihələr vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu sübut edir ki, vətəndaş amili hər zaman ön planda olmalıdır.

Dövlət başçısının vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman örnək götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Ən əsası da illər öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanovla birlikdə şəhərin Şah İsmayıl Xətai küçəsində yaşayan Əsədov Samir Nizami oğlunun və Əliyev İlham Həsən oğlunun müraciətlərinə yerində baxış keçirməsi vətəndaşlara olan qayğının əyani göstəricisidir. Vətəndaşların Əliağa Şıxlinski küçəsində yerləşən onlara məxsus sahibkarlıq obyektinin yanında parsel bacasının qoyulması ilə bağlı müraciətlərini dinləyən icra başçısı sakinlərə öz aralarında razılığa gəlmələrini tövsiyə edib və çəkiliş aparılması üçün aidiyyatı üzrə lazımi tapşırıqlar verib.

Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164350

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031