Azərbaycanda yüksək vəzifəli şəxsin polis oğlu dəbdəbəli toy edib?-AÇIQLAMA

16.06.2021 - 20:18

Daxili İşlər Nazirliyi (DİN) Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin karantin rejiminə əməl etməyərək oğluna toy etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə həqiqətə uyğun olmayan xəbər yayılıb:
“Qeyd edim ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən bütün qərarların icra edilməsi ilə bağlı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirir, vətəndaşlarla izahedici söhbətlər aparırlar.
İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki hər hansı məclis təşkil edilməyib. Belə cəhdlərin qarşısı dərhal alınıb və inzibati xəta törədən şəxs barədə tədbir görülüb.
Xatırladım ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də, rəsmi nikaha girməklə ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nigahla ailə qurub”.
Qeyd edək ki, Məmməd Alıyevin oğlu Elnur Alıyev daxili işlər orqanlarında xidmət edir.
Xatırladaq ki, 32gun.news-un yaydığı məlumata görə, M.Alıyevin oğlu karantin qaydalarını pozaraq toy məclisi təşkil edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930