Türkiyə nəşrinin Axundzadə haqda xüsusi buraxılışı

04.07.2021 - 12:56

Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 143-cü il dönümü ərəfəsində Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi – “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində dərginin Mirzə Fətəli Axundzadə sayı işıq üzü görüb.
Publika.az xəbər verir ki, xüsusi buraxılış Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Mirzə Fətəli Axundzadə haqda fikirləri ilə bağlayır.
Dərginin 116-cı xüsusi buraxılışında xalq yazıçısı Anarın, millət vəkili Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, f.f.e.d. Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tiflisdəki ev muzeylərindən geniş foto-materiallar, habelə Bakıda şairin adının əbədiləşdirilidiyi abidələr və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş, dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.
“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” (Şərqin Volteri – Mirzə Fətəli Axundzadə) yazısını millət vəkili, Cavanşir Feyziyev bu sözlərlə bitirir: “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.
Xüsusi buraxılışı nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin kordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.
Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Və Mirzə Fətəli Axundzadənin çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.
Qeyd edək ki, layihə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə həyata keçiririlir. Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunuş xüsusi sayları işıq üzü görüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930