GƏNCƏDƏ ŞƏKƏR XƏSTƏLƏRİNƏ VERİLMƏLİ OLAN DƏRMANLAR APTEKLƏRDƏ SATDIRILIR

28.07.2021 - 00:38

Gəncə Şəhər Endokrinoloji xəstəxanasında baş verən qanun pozuntuları ilə bağlı redaksiyamıza məlumat daxil olub. Bildirilir ki, adıçəkilən səhiyyə müəssisəsinin baş həkimi Sevda Əskərova şəkərli diabet xəstələrindən hər ay 1 manat və ya 3 manat alır. Bu pul qanda şəkərin dərəcəsini ölçən test və anket üçün tələb olunur.

Respublikanın ikinci böyük şəhərinin düz mərkəzində yerləşən regional Endokrinoloji Xəstəxanasında qanun pozuntularını aidiyyəti orqanların “görməməsi” bizlər üçün çox maraqlıdır.

Qeyd edək ki, baş həkim Sevda Əsgərova Gəncənin sabiq icra başcısı Elmar Vəliyevin kadrı olub və bu vəzifəyə şəxsən icra başcısının təşəbbüsü ilə təyin edilib.

Xatırladaq ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin müayinə və müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən verilir. Lakin Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin çoxsaylı müraciətinə əsaslanaraq burada anket açılması üçün xəstələrdən 1 manat, test üçün 3 manat pul tələb olunur.

Hətta “İnsülin” dərmanına ehtiyacı olan xəstələr onu əldə edə bilmirlər. Əldə etdiyimiz məlumata görə, həkimlər tərəfindən həmin dərmanlar tanıdıqları xəstələrə verilir və Gəncə şəhərindəki apteklərdə satdırılır.

Növbəti yazımızda hansı həkimlərin bu kimi çirkin işlərlə məşğul olduğunu, “İnsülin” dərmanı satılan apteklərin adlarını təqdim edəcəyik.

Onu da qeyd edək ki, Endokrinoloji xəstəxana müxtəlif təyinatlı tibbi ləvazimatlar və inventarlarla təmin olunur. Lakin bunlar xəstəxanada öz təsdiqini tapmır.

Şikayətçi xəstələrdən bir neçəsinin məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən verilən “Esensial”, “Aktovegin” və digər preparatlar mənimsənilir və xəstələrə verilmir. Bu dərmanları ya özlərinə aldırırlar, ya da satırlar.

Sevda Əskərova Endokrinoloji xəstəxanaya baş həkim təyin olunandan sonra həkim-cərrah, nevropatoloq və həkim- reanimatoloq öz ərizəsi ilə işdən kənarlaşıdı. Bu haqda araşdırmamız davam edir.

Bildirilir ki, baş həkim Sevda Əsgərova, baş endokrinoloq Süleyman Piriyev və Terapiya şöbəsinin müdiri Ulduz Usubova xəstələri özlərindən asılı vəziyyətə salıblar…

Nəzərinizə çatdırırıq ki, Süleyman Piriyev Gəncə Endokrinoloji Xəstəxanasının sabiq baş həkimi olub. Hal-hazırda oğlu Namiq Piriyev Gəncə şəhər Onkoloji Xəstəxananın baş həkimidir.

Azər ALLAHVERDİYEV,

Bölgə müxbiri

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930