Qazaxda “44 gündə qazanılan tarixi Zəfər” adlı inşa yazı, məqalə, esse və şeir müsabiqəsi elan olunur

19.10.2021 - 20:24

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Təhsil Şöbəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Qazaxda 8 Noyabr – Zəfər Günü ərəfəsində gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə

“44 gündə qazanılan tarixi Zəfər” adlı

rayon üzrə inşa yazı, məqalə, esse və şeir müsabiqəsi elan olunur

– Müsabiqə inşa yazı, məqalə, esse və şeir nominasiyaları üzrə keçirilir;

– İnşa yazılar, məqalələr, esselər aidiyyatı üzrə Qazax Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yazılı şəkildə təqdim olunmalıdır;

– Şeir söyləmək istəyən şəxslər aidiyyatı üzrə Qazax Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və Qazax Dövlət Sosial-İqtisadi Kollecinə müraciət etməlidir;

– İnşa yazıların, məqalələrin, esselərin qəbulu və şeirlərin təqdimatı 2021-ci il oktyabr ayının 25-dək aparılacaq;

– Məktəblilər arasında inşa yazı müsabiqəsi 9-11-ci siniflər, şeir müsabiqəsi 1-11-ci siniflər üzrə keçiriləcək;

– Ali və orta ixtisas təhsil müəssisələri üzrə keçirilən məqalə, esse və şeir müsabiqələrində bütün fakültə və kursların tələbələri iştirak edə bilərlər;

– İnşa yazılar, məqalələr, esselər, şeirlər 44 günlük Vətən müharibəsinə həsr olunmalıdır;

– Müsabiqənin qalibləri Diplom və mükafatla təltif olunacaq.

Əlavə məlumat üçün adları qeyd olunan təşkilatlara müraciət edə bilərsiniz.

Əlaqə telefonları:

Qazax Rayon Təhsil Şöbəsi: (02229) 5-12-29

Bakı Dövlət Universitetinin Qazax filialı: (02229) 5-26-02

Qazax Dövlət Sosial-İqtisadi Kolleci: (022 29) 5-61-17

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167724

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930