Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub – QAZAXDA

21.10.2021 - 12:58

Hər kəsə yaxşı məlumdur ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.

Dövlətimizin başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi.

Yürüşdə iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu isə Vətən müharibəsi şəhidlərinin fotolarından ibarət plakatları əllərində tutaraq igid oğullarımıza olan ehtiramlarını bildirdilər.

Respublikamızın hər yerindən olduğu kimi, Qazaxın 50 nəfər qəhrəman oğlu da 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalaraq qanları ilə şanlı tarix yazdılar. Torpaqlarımızın ərazi bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək şirin canlarından keçdilər.
Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən həmin plakatlar şəhidlərimizin ailələrinə təqdim olunur.
19-20 oktyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidlərimizin evlərində olub, fotoları əks olunmuş plakatları sahiblərinə çatdırıblar.

Vətən uğrunda Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. 44 günlük Vətən müharibəsindən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qəhrəman oğullarımızın hərb tariximizdə şanlı salnamə yazdıqlarını bildiriblər. İllər ötsə belə Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd həsrətinə son qoyan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman unudulmayacağını, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə örnək olacağını qeyd ediblər.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəklərini söyləyiblər. Anım Günü ilə bağlı təşkil olunmuş yürüşü, həmin yürüşdə şəhidlərimizin fotolarından ibarət plakatların nümayiş etdirilməsini övladlarının xatirəsinə olan böyük ehtiram kimi qiymətləndiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167800

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031