Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq?

25.10.2021 - 12:54

Bir neçə gün öncə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınmasını nəzərdə tutulduğunu bildirib:

“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

 

Maraqlıdır, Azərbaycan hansı hərbi təyyarələrə üstünlük verəcək?

 

Hərbi ekspert Ədalət Verdiyev  bildirib ki, artıq İtaliyanın M-346 təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalanıb:

“Azərbaycanın hərbi təyyarələr almasına dair məlumatlar artıq çoxdan mövcuddur. Bildiyimiz kimi, Azərbaycanı həm İtaliyanın M-346, həm də Pakistanın istehsal etdiyi JF-17 Thunder təyyarələri maraqlandırır. Rəsmi məlumatlara görə, artıq İtaliya təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalanıb. Hazırda təyyarələrin istehsal prosesi davam edir. Bu təyyarələr əvvəllər Azərbaycana gətirilib və onların coğrafiyamızda real uçuşları həyata keçirilib. Hesab edirəm ki, İtaliya istehsalçısı olan təyyarələrin daha yaxın zamanda Azərbaycana gətirilməsi ehtimalı gerçəkliyə çox uyğundur. JF-17 Thunderlərlə bağlı Azərbaycan kifayət qədər danışıqlar aparıb. Bu danışıqların hansı nəticələrə gətirib çıxardığı barədə məlumat mövcud deyil”.

 

O qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə aviasiya parkını yeniləməkdə qərarlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167874

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031