“Nə işlə məşğuldurlar?” – hüquq müdafiəçisi İmişlidə uşaq zorlanmasına laqeyd qalan Komitəni qınadı

30.10.2021 - 12:05

“Bu hadisədə ilk növbədə müqəssir ailədir. Çünki konstitusiyada da göstərilir, uşağın təlim – tərbiyəsində birinci məsul ailədir, bu olmayanda dövlət nəzarət edir. Dövlət isə Ailə, Qadın və Uşaq Komitəsi və icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbələrlə bu işi həyata keçirir, eyni zamanda məktəblər, sahə həkimləri, poliklinikalar var, yoxlama prosedurundan keçməlidirlər. Amma təəssüf ki, bu mexanizm işləmir”.

Bu sözləri Reportyor.info-ya hüquq müdafiəçisi, “Vətəndaş, Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova İmişlidə 11 yaşlı qızın zorlanması və uşaq dünyaya gətirməsi ilə bağlı Ailə, Qadın və Uşaq Hüquqlarının Müdafiə Komitəsinin fəaliyyəti haqda danışarkən bildirib. Hüquqşünas deyib ki, praktikada hər hansı fəaliyyət görmürük. Onun sözlərinə görə, ümumən komitənin problemi aradan qaldırmaq üçün addım atmasını görmürük: “Komitə ümumi cümlə ilə “araşdırma aparılır”, “nəzarət olunur” deməklə yola verir. İkincisi, məktəbə davamiyyəti olmayıbsa, buna niyə nəzarət olmayıb? 11 yaşlı qızın olmalı yer məktəbdir. Komitə yenə ümumi cavab verir, bəs hansı preventiv iş aparılır, ailələrlə sosial işçilər işləyirmi? Bundan başqa, Komitə tərəfindən ailələrə dəstək mərkəzi yaradılıb. Həmin mərkəzlər nə işlə məşğuldurlar? ”

G. Səfərova qeyd edir ki, həmin mərkəzlərdə çalışanlar sosial işdən, uşaq hüquqlarından, psixologiyadan xəbəri olmayanlardır: “Komitənin hansısa iş görməsini, bu məsələni hesabat verərkən rəsmi mövqelərini eşitmirik”.

Hüquq müdafiəçisi sual edir ki, zorlanma, işgəncə, intihar faktları ilə bağlı preventiv işlərin görülməsi haradadır: ” Qurumlar işi bir-birinin üstünə atır. Ortada 11 yaşlı uşağın zorlanması faktından söhbət gedir. Dövlət qurumlarının hərəkətsizliyi ilə yanaşı cəzasızlıq mexanizminin mövcud olması səbəbindən baş verən cinayətə adekvat cəza olmur, həmin adamlar əl-qolunu sallayıb cəmiyyətdə azad gəzirlər”.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından məlumatı təsdiqləyiblər. Bildirilib ki, azyaşlı xəstəxanaya bir neçə gün bundan əvvəl daxil olub. Onun 31 həftəlik hamilə olduğu qeyd edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, uşaq keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167937

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031