Tanınmış redaktordan maraqlı təklif: “Bəzi xəbər və araşdırmaların oxunması ödənişli olsun!”

04.11.2021 - 15:42

 

“Sherg.az” saytının redaktoru Ayyət Əhməd maraqlı təkliflə çıxış edib. Tanınmış redaktor maraqlı xəbər və araşdırmaların oxunmasında ödənişli xidmətin tətbiqini təklif edib:

 

“Düşünürəm ki, media həmrəy olsa, bu təşəbbüsü həyata keçirib qazanc əldə edə bilərik. Necə? Deyirəm: Biz oxucularımızı pis öyrətmişik. Özəl yazını, mətni yazırıq, sosial şəbəkələrdə ayaqlarına aparırıq, amma yenə də linkə daxil olub oxumurlar. Başlığa baxıb rəy yazırlar ki, bu da bizə gözlədiyimiz İP -ni belə vermir.

 

Oxucunu tənbəlləşdirmişik və cəfasını da çəkirik. 10 gün ərzində Fransa saytlarını izlədim. İstisnasız bütün saytlar özəl xəbər və ya araşdırmalarını ödənişli ediblər. Cəmi bir cümlə başlıq verilir və mətnin arxasını oxumaq üçün ödəniş tələb olunur. Məsələn, Fransanın “scienceetavenir.fr” (elm və gələcək) tutarlı araşdırmalarını ödənişli etməklə xeyli gəlir əldə edə bilir. Pulum olanda bəzi xəbərləri alırdım, düzdü, bir xəbərə 5 – 6 manatım çıxırdı. Amma vaksinasiya ilə bağlı fransız alimlərin araşdırmalarına dair material üçün 6 manatımdan keçmişdim, oxuduqlarım da bu gün özünü doğruldur. Bir sözlə, fransızlar oxucularını tənbəl öyrətmirlər, xəbərlərini heç onların ayaqlarına da daşımırlar. Bütün media quruluşlarının vahid prinsipi var: beyin məhsulunu kapitala çevirək! Biz də buna keçməliyik. İddia edə bilərsiniz ki, bizdə elə mətnlər azdır və ya yoxdur. Amma elə deyil. Mən general Hikmət Mirzəyevin müsahibəsi və ya açıqlamasını oxumaq üçün pul xərcləyərəm. İnanın ki, kənarda vəziyyət heç də media cameəsində olduğu kimi deyil. Yaxşı dolananlar var, oliqarxiya yaşayır…. Hə, unutmadan bir məqamı da qeyd edim.

 

Bu prosesi reallaşdırmaq üçün lazım olanlar: media quruluşları vahid şəkildə sözügedən sistemə keçməli, yəni mənim ödənişli qoyduğum xəbəri sonradan dəqiqləşdirib, pulsuz təqdim etməməli, ikinci amil sözü, medianı buxovdan çıxarıb, ona olan etimadı, etibarı bərpa etməli… Bu halda medianın biznes platformasına keçidi mümkün ola bilər. Əksi havaya açılmış atəş kimidir, blefdir yəni….”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930