Qazaxda təmirə ehtiyacı olan binalarda işlərin aparılması nəzərdə tutulur

05.11.2021 - 15:56

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində son illər paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı quruculuq işləri aparılır.

Mediaxeberleri.Az xəbər verir ki, bu gün Qazax rayonu da gündən-günə abadlaşan bölgələrimizdən biridir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda başlanılan abadlıq işləri bu gün də davam etdirilir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Hər il olduğu kimi, bu il də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu günə kimi MİS-in balansında olan Azadlıq 90,100,121 ünvanlarında yerləşən birmərtəbəli binaların dam örtükləri yenilənib. Hazırda isə təmir işləri aparılan binalardan biri H.Z.Tağıyev 11 ünvanında yerləşən birmərtəbəli yaşayış binasıdır. Artıq binanın dam örtüyü yenilənir. Təmirə ehtiyacı olan digər binalarda da işlərin aparılması nəzərdə tutulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü yenilənmiş Azadlıq 90,100,121, yenilənməsi nəzərdə tutulan 125 və hazırda iş davam etdirilən H.Z.Tağıyev 11 ünvanında yerləşən binalarda olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031