İngilis dilini öyrənmək problemi – Yaxşı dil kursu necə olmalıdır?

25.11.2021 - 13:35
İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra hegemon dövlətlərində dövlət dili olmaqla yanaşı, milyonlarla insanın da ikinci dilidir. Arialı bu qədər geniş olduğuna görə İngilis dilinə olan tələbat da buna müvafiq olaraq çoxdur. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Mənşə etibarilə Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin birinci versiyası indiki halından tamamilə fərqlidir. Çox uzun müddətdə əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər hesab olunur. Dəyişikliklərin səbəbi isə tarix boyunca mövcud olan daimi istilalardır.
Son bir neçə ildir ki, İngilis dili öyrənməyin vacibliyi dedikdə düşünülən səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.
Xarici dil bilmək intellektimizə müsbət təsir etməklə yannaşı daha böyük kütləyə müraciət etmək şansı da yaradır. Siz cari savadınızı nümayiş etməklə yanaşı İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.
Dünyanın qlobal dili olan İngilis dilini öyrənmək və bu dildə sərbəst şəkildə danışmaq bir çox insanın arzusudur. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında 1 addım öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.
Yaxşı ingilis dili kursu necə olmalıdır?
Hazırki zamanda ingilis dili kurslari ətrafımızda hər yerdə önünüzə çıxan məkana çevrilmişdir. Xüsusilə böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər asan deyil. Əgər xarici dil öyrənməyi qarşınıza məqsəd olaraq qoymusunuzsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə sərf etməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara diqqət yetirmək lazımdır. Məsələn:
İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır.
İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha münasibdir. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı mənimsədər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.
Amma dili bilmə səviyyəniz “elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha xeyirli olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox kömək edəcək.
Kursda müəlliminizin dərsi başa salma potensialı yüksək səviyədə olmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq səviyyə testindən keçməli və müəllimin dərsi necə izah etməyini görməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu qavraya bilmirsinizsə, çox sadə… Başqa müəllim axtarın.
Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə fikir verin. Əgər dili danışıq üçün bilmək istəyirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930