Qazaxda “Anım günü ” ilə bağlı açıq qapı günləri davam edir

07.12.2021 - 08:18

Azərbaycan xalqının böyük oğlu, Vətənə və xalqa hədsiz məhəbbəti ilə seçilən, siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçir. Adı tarixin yaddaşına böyük hərflərlə yazılmış dahi şəxsiyyətin xatirəsini qədirbilən xalqımız bu gün də böyük hörmət və məhəbbətlə yad edir.
Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon Heydər Əliyev Mərkəzində hər il təşkil edilən “Açıq qapı” günləri bu il də davam etdirilir.
2 dekabrdan start götürən “Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
Dekabrın 12-dək davam edəcək “Açıq qapı” günlərində ziyarətçilər Dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olub, filmlərə baxacaqlar.
Bugünkü “Açıq qapı” günündə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin, Rayon Mədəniyyət Mərkəzinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Tarix Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Elektrik Şəbəkəsinin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri barədə məlumat verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168580

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31