Qazaxda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib

30.12.2021 - 23:03

Qazaxda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə izdihamlı bayram şənliyi keçirilmişdir.

Mediaxeberleri.Az xəbər verir ki, rayonun şəhər və kəndləri bayramsayağı bəzədilmişdir. Rayon mərkəzində bir neçə yerdə böyük yolkalar qurulmuşdur. Yolkaların ətrafına yüzlərlə rayon sakini toplaşmış, böyük izdiham yaşanmışdır.

Tədbirdə çıxış edənlər respublikamızda və rayonda ötən il əldə olunmuş böyük uğurlardan və xalqımızın həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan, 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, əsgərlərimizin Şuşaya Azərbaycan bayrağını sancmağından danışmışlar.

Rayon mədəniyyət evinin musiqi ansamblının ifa etdiyi mahnılar və şux rəqslər iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır. Yeni ilin əsas atributu olan Şaxta baba və Qar qızın maraqlı söhbətləri, söylədikləri şeirlər tədbirə xüsusi rəng qatmışdır.

Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və aztəminatlı ailələrə bayram sovqatı paylanmış, uşaqlara Yeni il hədiyyəsi verilmişdir.

Bütün gün ərzində davam edən tədbir atəşfəşanlıqla başa çatmışdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169184

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930