Aprel döyüşçüsünün müharibədən sonra bitməyən əlillik döyüşü – FOTO+VİDEO

05.01.2022 - 21:44

2016-cı il Aprel döyüşləri zamanı yaralanan Sadıqov Vüsal Natiq oğlu müharibədən sonra əllilik dərəcəsi ala bilməyən döyüşçülərdən biridir.

Əlillik müavinəti alan şəxslərin səhhət durumunun qiymətləndirilməsinin və ya təkrar qiymətləndirilməsinin aparılması prosesi iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində yenidən qiymətləndirmə aparılır. Məsələ burasındadır ki, insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirilərkən, tibbi sosial ekspert komissiyasının gəldiyi nəticənin Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması Meyarları” ilə uzlaşıb – uzlaşmadığı çox vaxt mübahisə doğurur. Köhnə meyarlarla əlil sayılanlar yeni meyarlarla əlil hesab olunmur və ya dərəcələrdə fərq olur. Problem odur ki, meyarlar da get-gedə sərtləşdirilir, həkim-ekspertlər də. Bu vəziyyət haqlı narazılıqlara səbəb olur ki, onlar da dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş birinci şəxsin — nazir Sahil Babayevin fəaliyyətini ictimai qınağa gətirir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu “Dəryaz” qəzeti redaksiyasına video-müraciət göndərərək, bildirir ki, Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhət durumuna görə 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan köməklik olmasa, həyatda mövcudiyyəti belə sual altında qalar.

Sadıqov deyir ki, dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Axırıncı dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri mərkəzi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə gətirməklə cavab verməkdən yayınıblar. Müalicə üçün ak. Mirqasımov adına 1saylı Trespublika Kliniki Xəstəxanasına göndəriblər: “Orada 7 gün yatdım, Poliklinika şöbəsinin müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat rüşvət istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər…”

Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhət durumu daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil:

“Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdırlar. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq. Axı qürurumuz buna yol vermir!..”

Şikayətçi həmçinin bildirir ki, depuat Ülviyyə Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar.

İnternet üzərindən apardığımız səthi müşahidələrdən belə qənaətə gəldik ki, Ağstafa və Qazax rayonlarında mərkəzi xəstəxanaların fəaliyyətində əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməsi işinin yarıtmaz vəziyyəti barədə çoxsaylı narazılıqlar var.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aprel döyüşçüsünün müharibədən sonra bitməyən əlillik döyüşü - FOTO+VİDEO

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930