Qazaxda əhali peyvəndlənmə işi ilə bağlı marifləndirilir

10.01.2022 - 08:44

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində gördüyü işlər, həyata keçirilən bütün tədbirlərdə hər zaman ölkə vətəndaşlarının sağlamlığını əsas götürmələri hər birimiz üçün nümunə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl etmək, ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinə dəstək olmaq hər birimizin üzərinə düşən əsas vəzifədir.
Hər kəsə o da yaxşı məlumdur ki, bütün dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən güclü mübarizə üsulu vaksinasiyadır. Məhz bu səbəbdən ölkəmiz koronavirus əleyhinə peyvəndləmə prosesinə ilk başlayan dövlətlərdəndir.
MEDİAXEBERLERI.AZ xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 156 min 787 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 435, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 58 min 023 nəfərdir.
Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası olan 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 38 min 329 nəfərdir.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd olunmaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031