Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər – Dövlət vəsaitini talanır

22.04.2022 - 08:54

“Azəravtoyol” Dövlət Agentliyində idarəetmədə şəffaflıq və effektivlikdə problemlərin olması qanun pozuntularına gətirib çıxarıb.

Hazırda Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisi isə 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır. Yerli sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, yolun çəkilişində şox sayda qüsurlar var. Kərəm Məmmədrzayev üçün əsas odur ki, mənimsəməyə pul, dağıtmağa büdcə olsun. “Azəravtoyol” Dövlət Agentliyi bu yolun tikintisini 2022-ci ilin may-iyun aylarında başa çatdıracaq. Amma indiyə qədər məlum deyil ki, yolun tikintisinə nə qədər pul ayrılıb. Basın yeyin xalqın pullarını, qalanına da “Palıd”restaranı və dəyəri 1 milyondan çox olan Qazax rayonunun Çaylı kəndində VİLLA tikin.

İstənilən halda idarəetməyə ictimai, o cümlədən hüquqi nəzarətin olması zəruridir. Bu ikisi bir-birini tamamlayır. Yolun tikintisinində çoxsaylı problemlər var. Halbuki ictimai nəzarət formasında cəmiyyət 27 №-li Yol İstismar İdarəsinın fəaliyyətindən narazıdır və sistemli şəkildə bunu gündəmə gətirir.

Eyni zamanda, jurnalist sorğuları cavabsız qalır. 27 №-li Yol İstismar İdarəsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturunu yenidən qurmağa başladığı vaxtdan etibarən məlum deyil ki, yolun tikintisinə nə qədər pul ayrılıb. Bu, ictimai formada müzakirə olunur, amma nədənsə heç kim buna görə hüquqi məsuliyyət daşımır. Ümumiyyətlə, qurumların əksəriyyətində pozuntuların təkrar-təkrar aşkarlanmasının ən böyük səbəblərindən biri bu pozuntulara yol verənlərin layiqli, hüquqi məsuliyyətə cəlb olunmaması və onlara zəruri cəzaların verilməməsidir.

Düşünürük ki, qanun pozuntularına yol verən insanlar dövlət qulluğundan tamamilə uzaqlaşdırılmalıdır. Buna nəzarət edən qurumların funksiyasını icra etməsinə dövlət qulluğundan uzaqlaşdırılması və cəzalandırılması məsələsi, demək olar ki, yoxdur. Bunlar üst-üstə yığılanda ciddi problem yaranır. İctimai nəzarət olmur, hüquq düzgün işləmir, nəticə etibarilə hər kəs özünün təyin etdiyi, yaxud işə gətirdiyi insanı qoruma altına alır. Beləliklə, ictimai funksiya həyata keçirməli olan qurumlar daha çox fərdi büdcələrini zənginləşdirmək üçün çalışır. Bunlarla bağlı tədbir görən yoxdur. Bu idarə edənlərin keçmişinə baxsaq, görərik ki, hər il bir orden alırlar, tövlət mükafatları ilə təltif olunurlar. Halbuki pozuntuya yol verənlər, pozuntuya meyilli olanlar, idarəetmədə şəffaflığı pozanlar, ümumiyyətlə, dövlət qulluğuna və idarəetmə sisteminə yaxın buraxılmamalıdır. Onların bütün ömürləri boyu dövlət qulluğu və idarətmədə olmaları qadağan olunmalıdır. Daha keyfiyyətli, eyni zamanda vicdanlı insanların idarəetməyə gətirilməsi zəruridir.

Söhbət burada milyonlardan, yüz minlərdən, dövlət vəsaitinin təyinatsız xərclənməsindən, yaxud səlahiyyətlərindən sui-istifadədən gedir. Burada çoxsaylı cinayət müddəası var. Bunlara hökmən cinayət işi açılmalı və hüquqi qiymət verilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930