Mübariz Mənsimovdan Elçibəy üzrxahlığı:”Dil  sürüşməsindən qaynaqlanan ifadə…”

07.05.2022 - 10:19
“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı açıqlama yayıb.
Cumhuriyyet.az açıqlamanı olduğu kimi təqdim edir:
“Mətbuata verdiyim son müsahibəmdə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy barədə fikirlərimin yanlış anlaşıldığını təəssüf hissi ilə qarşıladım. Dil sürüşməsindən qaynaqlandığını hesab etdiyim yanlış anlaşılmanı aradan qaldırmaq məqsədilə bu mövzuda fikirlərimi bir daha ictimaiyyətlə bölüşməyi uyğun görürəm.
Mən Əbülfəz Elçibəyin şəxsiyyətinə və əziz xatirəsinə hər zaman böyük hörmət hissi duymuşam. Elçibəyin təvazökarlığı, səmimiliyi, vətənsevərliyi, humanistliyi bütün Türk dünyasına yaxşı məlumdur. Elçibəy dövlətinin və xalqının maraqları naminə tutduğu ali vəzifədən fədakarlıq etməyi bacaran Vətən sevdalısıydı. Şəxsiyyətinə böyük rəğbət bəslədiyim Azərbaycan Prezidenti mərhum Heydər Əliyevlə Elçibəyin siyasi təcrübəsini müqayisə edərkən nitqimdə yaranan dil sürüşməsi Elçibəyi sevənlərdə üzüntü yaratmış, bəd niyyətli insanlar isə bunu öz çirkin məqsədləri üçün istifadə etmişdir. Mən Elçibəyə hörmət və ehtiramımı əvvəllər də dönə-dönə ifadə etmişəm. Elçibəyin Azərbaycan tarixində rolu və xidmətləri danılmazdır. Dil  sürüşməsindən qaynaqlanan ifadəyə görə üzrxahlıq etməklə birlikdə, bunu bəd niyyətlə istifadə edənlərə “yazıqlar olsun” deyirəm.
Mən Azərbaycan dövlətinə və onun qanunlarına daim sadiq olmuşam, son nəfəsimə qədər də sadiq qalacam. Mən dövlətçiliyə qarşı deyiləm, haqsızlığa qarşıyam. Azərbaycanın inkişafı naminə həmrəy olmağımızın və bir-birimizə qarşı ədalətli olmağımızın önəmli olduğuna inanıram. Xoş niyyət və səmimiyyətlə verdiyim açıqlamalarda ayrı məna axtarmağın əbəs olduğunu düşünür, bu məkrli çabaların Azərbaycan dövlətinə və xalqına olan sevgimdə, sədaqətimdə zərrə qədər dəyişiklik yaratmayacağını bildirirəm.”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031