8 may yox! 8 noyabr!

08.05.2022 - 09:29

Şuşa Azərbaycanın gözüdür.”Müstəqil Azərbaycanın qurucusu ,Ulu öndərimizin dediyi kimi , mədəniyyət paytaxtımız Şuşa tariximizin rəmzidir .Bu tarixi şəhərin tarixidə elə özü kimi ana
yurdumuzun mədəni sərvətidir .Şuşa Azərbaycan təbiətinin möcüzələri ilə ,rəssamları ilə ,memarları
ilə ,şairləri ilə , musiqiçiləri ilə tarixi-mədəni irsimizi zənginləşdirmişdir .Heç də Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı elan olunması təsadüfi deyil.Əsası 1752 ci ildə Qarabağ xanı Pənahəli xan t ərəfindən qoyulan Şuşa bir müddət Pənahabad adlandırılsada sonralar tarixi adı ilə dillərdə gəzmişdir. Azad Şuşa bu il 270 yaşını qeyd edir .Elə məhz buna görədə Müzəffər Ali Baş Komandan 2022 ci ili Azərbaycanda Şuşa ili elan etmişdir .Qədim Şuşa qalıqları bu gündə öz əzəməti ilə seçilir .Qala divarlarının bəzi qalıqları buna işarələnib.Şuşa İslam şəhəridir.Müsəlman obasıdır .Yuxarı və Aşağı Gövhərağa məscidləri ,Saatlı məscidi bunun əyani göstəricisidir.Ötən ilin mayında Prezident İlham Əliyev tərəfindən daha yeni bir məscidin tikinti təməli qoyuldu . Məscid həmdə zəfərimizidə islam
tarixinə yazacaq .Belə ki ümumi görünüşü 8 rəqəmini yəni tarixi zəfər günü 8 noyabırı ,minarələri isə
11 ci ayı noyabrı əks etdirəcəkdir .
Şuşa Azərbaycan incəsənətinin kuliminasiya nöqtəsidir .Xalçaçılıq sənəti öz zirvəsini yaşayaraq , şan￾şöhrətini uzaq dünya ölkələrinə yaymışdır .Şuşa haqqında yazanda daha bir misralar yadıma düşür Xalq şairi Səməd Vurğunun məhşur misraları :
Bizim Qarabağın Cıdır düzündə
Vaqif canlanacaq onun üzündə “
Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığının böyük bir hissəsi Şuşada keçmişdir.Nikbin ruhda yaşayan sənətkar əsl Şuşa insanı idi .Vaqif həmdə dövlət xadimi idi .Son nəfəsini belə Şuşada almışdı.Vaqifi gələcək nəsillərə ötürmək üçün ,daim yaşatmaq üçün Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1982 ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuşdu .Çox təssüf ki Erməni faşizmi Vaqifdəndə yan keçməmişdir .Lakin işğal başa çatdıqdan dərhal
sonra Vaqifin ölməz ruhu bərpa edilərək ,öz sahiblərinin qoynunda yatmışdır.Azad Şuşa bizə şərq musiqi dünyasının banisi ,dahi ölməz bəstəkar Üzeyir Hacıbəylini bəxş etmişdi ,Tarixi Şuşa bizə Xan əmini bəxş etmişdi ,”kiçik Paris” bizə Xan qızı Natəvanı bəxş etmişdir .
Şuşa haqqında yazanda Mütləq Cıdır düzü qeyd edilməlidir . Prezident İlham Əliyev Cıdır düzündə
olarkən bir kəlam söyləmişdi
Biz Şuşanı Cıdır düzüsüz , Azərbaycanı isə Şuşasız təsəvvür edə bilmərik “
Qəhraman oğullarımız Daşaltını qalxaraq Cıdır düzünə qalxıblar. .Burada hədəfə çataraq şəhidlik zirvəsinə ucalaraq ,xalqımıza qələbəni nail etmişlər .2021 ci ilin mayın 12-13 də Cıdır düzündə
“Xarıbülbül Musiqi Festivalı” nın keçirilməsi bir daha Çıdır düzündə Azərbaycan səsini dirçəltdi. Şuşanın vahidləri haqqında nə qədər yazsam azdır .Yazımı bu gün qələmə almagımda heç də təsadüfi
deyil.Bu gün 8 may vaxtı ilə düşmən tərəfindən Şuşa 1992 ci ilin bu günündə işğal edilmişdir. Şuşanın
işğalı Azərbaycan mədəniyyətinin işğalı demək idi .Müzəffər Ordumuz 44 günlük müharibədə Şuşanın azad olunması ilə Qələbəni möhürlədi.Biz Şuşanı azad etməklə Azərbaycan mədəniyyətini azad etmiş olduq .Şuşa qələbəsinə heç kim inanmırdı.Molla Pənah Vaqif yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə realizmi gətirdisə, Azərbaycan Ordusu ,Ali Baş Komandan Şuşanı azad etməklə regiona reallığı gətirdi .Vaqifin reallığını bərpa etdi .İnanılmaz qələbəni Xalqımıza yaşatdı .Ali Baş Komandanın dediyi məşhur cümləni xatırlatsaq yerinə düşər :

Şuşasız işimiz yarımçıq qalar”

Bəli hədəf Şuşa idi və hədəfədə çatdıq. Hədəfə çatmaq evimizə çatmaq deməkdir. 8 noyabr 8 mayı yəni qara tarixi yer üzündən sildi .8 may yox ! 8 noyabr !

Fərahim Rəhimzadə 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930