Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı izahat İSTƏDİ

29.06.2022 - 14:02


“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunmuşdur”.

Cumhuriyyet.az
xəbər verir ki, bunu Azəbaycanın Rusiyadakı səfirliyi bəyan edib.

Səfirilyin yaydığı məlumatda bldirilib:

“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olmuş, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşımış və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməmişdir.

Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177697

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930