İcra başçısı evi yanmış ailəyə baş çəkib

14.07.2022 - 16:49

Bu gün əminliklə söyləyə bilərik ki, insan amili, vətəndaş məmnunluğu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ən əsası isə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuru üçün örnəkdir.
Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman nümunə götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə iyulun 13-də Rəqəmsal İcra Hakimiyyətinə (admin.rih.gov.az) müraciət etmiş Daş Salahlı kənd sakini Asif Əfəndiyevin yaşadığı evin yanması ilə bağlı müraciətinə yerində baxması, istəyini dinləməsi vətəndaşlara göstərilən qayğının əyani sübutudur.

Iyulun 9-da axşam radələrində baş vermiş yanğın zamanı evinə ziyan dəymiş Asif Əfəndiyevin yanında olan, diqqət və qayğısını əsirgəməyən rayon rəhbəri köməklik olunacağını bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.

Mediaxeberleri.Az xəbər verir ki, Asif Əfəndiyev onun ailəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və köməklik göstərilməsinə görə rayon rəhbərinə bir daha təşəkkürünü çatdırıb.

Məlumat üçün qeyd edək ki, 09.07.2022-ci il tarixdə saat 17:13 radələrində Qazax rayonunun Daş Salahlı kəndində Asif Əfəndiyevə məxsus ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Fərdi yaşayış evində baş vermiş yanğın zamanı 2 yataq otağı, 1 qonaq otağı, 1 zal, 1 mətbəx, hamam olmaqla, evin bütün otaqlarının tavanı tamamilə yanıb, dam örtüyü və əşyaları yararsız hala düşüb. Evin 6 ədəd qapısı, 6 ədəd pəncərəsi yanıb. 1 otağın, mətbəxin və hamamın döşəməsi yanaraq yararsız vəziyyətə düşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178464

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031