cumhuriyyet.net
Ehtiyyatda olan hərbçilərin toplanışı davam edir • Cumhuriyyət
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən Cumhuriyyet.az-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər. Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.
nesimi