Şeyx Londondakı təxribatdan DANIŞDI

08.08.2022 - 12:20

Azərbaycanın hər yerində olan məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir əngəl yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu “Təzə Pir” məscidində jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr bir sıra məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər:

“Gördüyünüz kimi qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu bir daha onu göstərir ki, Azərbaycanda olan bütün dindarlar arasında heç bir məzhəb ayrıseçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik.

Londonda səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı millət cavabını verməlidir. Həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdik. Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün səfirliklərə və üzv olduğumuz dini mərkəzlərə göndərdik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180316

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31