Erməni jurnalist: Azərbaycan keyfiyyətli yol çəkib

08.08.2022 - 17:47

Erməni müxalifətçi, jurnalist Nairi Ohikyan özünün “Facebook” səhifəsində Azərbaycanın Laçın dəhlizinə alternativ çəkdiyi yolla bağlı post paylaşıb.

Cumhuriyyet.az xəbər verir ki, o, yolun keyfiyyətli olduğunu deyib, eyni zamanda Ermənistanın 9 ayda bir yolu çəkə bilməməsindən şikayətlənib.

“Azərbaycanlılar tərəfindən Laçın dəhlizinə alternativ olan yeni yol artıq hazırdır. Mən həqiqətən şahid oldum ki, Azərbaycan keyfiyyətli yol çəkib. Hazırda yola Rusiya sülhməramlıları nəzarət edir. Amma təəssüflər olsun ki, Ermənistan 9 ayda yolun 6 kilometrini tamamlaya bilməyib. Azərbaycan isə bu müddət ərzində 30 kilometrə qədər yol çəkib”, – deyə erməni jurnalist bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən – Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir.

Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək. Eyni zamanda, hazırda Zabuxda qanunsuz məskunlaşmış 50-dən çox erməni ailəsinin də oranı tərk edəcəyi gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930