Müharibə veteranı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqov şəhid ailələri və Qarabağ qaziləri ilə bir arada

14.08.2022 - 21:47

44 günlük Şanlı Vətən müharibəsi təkcə Vətənin bütövləşməsi ilə yekunlaşmadı, bu müqəddəs müharibədə canından keçən şəhidlərimizin ailələri bizə əmanət qaldı, sağlamlığını itirən qazi qardaşlarımız, müharibə veteranlarını tanıdıq və sevdik. Şübhəsiz ki, bu həssas qrupun qayğıları dövlətin prioritet istiqamətlərindən biridir. Bununla yanaşı cəmiyyət də şəhid ailələri və qazilərin problemlərinə biganə qalmır, onlara şükranlıq borcunu qaytarmaq üzərində əməli işlər görür. İstefada olan polkovnik, Birinci Qarabağ müharibəsi iştirakçısı, xeyirxah, vətənpərvər iş adamı Səxavəddin Sadıqov daim qazilərin, şəhid ailələrinin problemləri ilə maraqlanır, nümunə olacaq addımlarla heyrət doğurur.
Cumhuriyyet.az xəbər verir ki,avqustun 14-də müqəddəs Məhərrəm ayında S.Sadıqov 250 nəfərə yaxın qazi və şəhid ailələri ilə bir araya gələrək bu ayın xalqımızın mentalitetində milli mənəvi yükündən, vətən uğrunda haqq savaşında şəhidlik və qazilik zirvəsindən danışmış, şəhidlərin müqəddəs ruhu yad olunmuşdur. Bu zirvənin dini və milli dəyərlərindən söz açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan şəhid ailələri və qazilərə dövlət qayğısının bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi diqqətə çatdırıb. İş adamı haqlı olaraq qeyd etmişdir ki, cəmiyyətin seçilən üzvləri olan şəhid ailələri, qazilərə diqqət hər bir vətəndaşın müqəddəs işi olmalıdır. Tədbirin sonunda ehsan süfrəsi açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180655

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930