Bakıda keçiriləcək beynəlxalq turnir 16 ölkənin telekanalında yayımlanacaq

01.09.2022 - 23:17

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirini hansı ölkələrin TV-lərinin yayımlayacağı bilinib.

Bu barədə Ümumdünya Karate Federasiyası (WKF) məlumat yayıb.

Bildirilib ki, 16 ölkənin telekanalı 4 sentyabrda keçiriləcək medal görüşlərini göstərəcək.

Bunlar Əlcəzair, Bəhreyn, Xorvatiya, Misir, İran, İraq, İtaliya, Livan, Liviya, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, İspaniya, Suriya, Türkiyə və BƏƏ telekanallarıdır. Bunlardan Xorvatiyanın SPTV, İranın “Volant Media”, İtaliyanın “Sky İtalia Rai”, Mərakeşin “Arryadia” (SNRT), İspaniyanın “Teledeporte” (RTVE) və Türkiyənin “TRT Spor” telekanalları eksklüziv yayım hüquqlarına malikdir.

Azərbaycandan isə hansı telekanalın yarışı canlı göstərəcəyi hələ ki bilinmir.

WKF-in “Youtube” kanalı isə həm təsnifat, həm də medal görüşlərini canlı olaraq göstərəcək.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək karate üzrə Premyer Liqa turniri 2-4 sentyabrda baş tutacaq. Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq yarışda təsnifat döyüşləri 2-3 sentyabr saat 09:00-da başlayıb, 20:30-da başa çatacaq. 4 sentyabrda keçiriləcək final döyüşləri isə 15:30-18:30 radələrində keçiriləcək.

Short URL: https://www.cumhuriyyet.net/?p=181343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728